Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı taekvandoçusu Avropa birinciliyində gümüş medal qazandı.

30 noyabr 2018 | 16:00

Yeniyetmələr arasında taekvondo idman növü üzrə Avropa birinciliyinə start verilib. İspaniyanın Marina Dor şəhərində təşkil edilən Avropa birinciliyində 11 taekvondoçu ilə təmsil olunan Azərbaycan yığma komandamızın üzvü gümüş medal qazanıb.
Belə ki, -37 kq çəki dərəcəsində mübarizə aparan Masallı rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman məktəbinin yetirməsi Rahid Vəliyev Fransa idmançısı ilə (21:19), Türkiyə idmançısı ilə (13:10) və Rusiya idmançısı ilə (26:04) rəqiblərinə qalib gəlib. Yarımfinalda yenə rusiyalı idmançı ilə qarşılaşan taekvondoçumuz (7-6) hesabı ilə qalib olaraq finala yüksəlib. Finalda Danimarka təmsilçisi ilə maraqlı mübarizə şəraitində keçən döyüşdə (32-35) hesabı ilə məğlub olaraq yarışı gümüş medalla başa vurub.

Keçidlər