Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel Şəhidi Nurlan Əsgərlinin xatirəsi anılıb

03 dekabr 2018 | 16:00

03 dekabr 2018-ci il tarixdə Masallı rayonunun Viləş kəndində 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş müddətdən artıq xidmət edən hərbi qulluqçu Nurlan Əsgərlinin anım mərasimi keçirilmişdir.

2016-cı ilin aprel ayında Ermənistan silahlı birləşmələrinin cəbhədə törətdikləri təxribatların qarşısını alarkən şəhid olmuş Nurlan Əsgərlinin xatirəsi onun doğulub boya-başa çatdığı Viləş kəndində anılıb.
Sonra anım mərasimi Viləş kənd tam orta məktəbində davam etdirilib.
Dövlət himni səsləndirilib.
Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Viləş kənd tam orta məktəbinin direktor müavini Oqtay Həsənov, direktoru Habil Qənbərov, Viləşin ərazi nümayəndəsi Alim Ələmov, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru,  Əməkdar  Mədəniyyət işçisi  Əntiqə Tağıyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin bölmə rəisi Babək Hacıyev, "Yeni həyat" qəzetinin baş redaktor müavini, "Qızıl Qələm" və H.B.Zərdabi media mükafatları laureatı Rəsul Rzayev, şəhidin atası Bayram Əsgərov və anası Ziba Əsgərova, şəhid anaları Səkinə Dadaşova, Tükəzban müəllimə, Hürnisə İslamova, Masallı RTŞ-nin məsul işçisi Gülağa Məmmədov, şəhid anası Çimnaz Baxşəlyeva, Kəmalə İbadova, şəhid qardaşı Ədalət Məlikov, müəllimə Mehriban Sadıqova, şəhid anası Bəhruzə Cəbiyeva, şəhid atası Nurməmməd, qardaşı Hamil, Elman Əsədullayev və başqaları tədbirdə Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr endirməsindən, qəhrəman oğullarımızın döyüşlərdə göstərdiyi şücaətdən danışıb, işğal altındakı torpaqlarımızın azad ediləcəyinə əminliklərini ifadə ediblər.
Tədbir iştirakçıları Aprel döyüşlərindəki qələbənin Azərbaycan xalqının mübarizliyinin, Milli Ordumuzun gücünün təntənəsi olduğunu qeyd edərək bildiriblər ki, bu qələbə xalqımızın Azərbaycan Respublikasının Prezidentı cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini bir daha sübut etdi.
Məktəbin şagirdləri ədəbi-bədii kompozisiya təqdim etdilər.
Şəhidin atası Bayram Əsgərov və anası Ziba Əsgərova ölkə rəhbərinə minnətdarlıq ediblər.
Tədbirin iştirakçıları Viləş kəndində şəhidin doğulduğu o evdə olub, Aprel şəhidinin uyuduğu məzarlığı ziyarət ediblər.

Keçidlər