Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev və azərbaycançılıq məfkurəsi

04 dekabr 2018 | 16:00

04 dekabr 2018-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində 12 dekabr ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda tarix dərsi keçirilmişdir.
Tarix dərsində Masallı rayon "Dəfinə" məktəb liseyinin müəllim və VII-ci sinif şagirdləri iştirak etmişlər.
İlk öncə şagirdlər ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən foto, sənəd, kitablarla daha yaxından tanış olmuşlar.
Qeyd edək ki, Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva tarix dərsinin birinci saatını açıq elan etmişdir.
"Dəfinə" məktəb-liseyinin tarix müəllimi Aygül Nuriyeva “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” adlı mövzu ilə bağlı geniş məruzə etmişdir.
Sonda şagirdlərə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Dahi şəxsiyyət “ adlı sənədli video material nümayiş etdirildi.

Keçidlər