Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda 2018-ci ildə idman sahəsində yüksək nəticələr əldə etmiş idmançılarla görüş

24 dekabr 2018 | 16:00

24 Dekabr 2018-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 31dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibəti ilə “Ulu öndər Heydər Əliyevin həmrəylik ideyaları” və Rayonda 2018-ci ildə idman sahəsində yüksək nəticələr əldə etmiş idmançılarla görüş keçirilib

Tədbiri giriş sözü ilə açan Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bildirdi ki, Dahi şəxsiyyətin dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin təmin edilməsi ilə bağlı ideyaları bu gün də aktuallığını qoruyur. Bu siyasət Heydər Əliyev siyasi yolunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu sahədə ardıcıl və qətiyyətli addımlar atılır.Bundan başqa Ulu öndər Heydər Əliyev bütün sahələrlə yanaşı idman sahəsinədə geniş diqqət ayırmışdır.Bu gün isə həmin siyası kurs Prezident cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Sonra Camal Manfov 2018- ci ilin həm rayonumuzun, həm də ölkəmizin idman həyatında uğurlu nəticələrlə yadda qaldığını diqqətə çatdırdı. O, çıxışında bildirdi ki, ölkə başçısı Prezident cənab İlham Əliyevin idmana və idmançılara yüksək diqqət və qayğısının nəticəsi olaraq Respublikanın hər bir bölgəsində olduğu kimi Masallı rayonunda da idmanın bütün növlərində inkişaf davam etməkdədir.Ölkə başçısının iştirakı ilə istifadəyə verilən Masallı Olimpiya Kompleksi,Taekvondo Mərkəzi ,Boks Mərkəzi,Boradigah İdman Mərkəzi rayonda idmanla məşğul olan bütün idmançıların, eləcə də böyüməkdə olan gənc nəslin sevincinə səbəb olmuş, onların idmançı kimi beynəlxalq yarışlarda iştirakına təkan vermişdir. Sonda Camal Manafov il ərzində qazanılan uğurlardan,əldə olunmuş nəticələrdən danışaraq idmançılarımıza uğurlar arzulamışdır.

Tədbirdə Masallı rayon Təhsil şöbəsinin müdiri Tariyel Əkbərov çıxış edərək bildirdi ki, Ümummilli lider Heydər Əliyevin ölkəmizə hələ birinci rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. İdmançılarımızın hər dəfə beynəlxalq arenalarda qazandıqları qalibiyyətlər, bayrağımızı ucaltmaları dövlətimizə şərəf gətirən amillərdir. Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ulu öndər Heydər Əliyevin idmançılarımızdan gözlədiyi məhz qalib olmaq, dövlətimizin adını ucaltmaq idi.Bu gün isə şükürlər olsun ki, Prezident cənab İlham Əliyevin diqqəti nəticəsində idmançılarımız həm Respublika , həmdə Beynəlxalq yarışlarda uğurlu nəticələr əldə edirlər. Bu idmançılar arasında təbii ki, Masallı rayon idmançılarının da adları vardır.Sonra Tariyel Əkbərov İl ərzində nəticə qazanmış idmançıları təbrik edərək onlara uğurlar diləmişdir.

Daha sonar tədbirdə E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbinin direktoru İlham Ağayev, S.Tağıyev adına Digah 4 saylı tam orta məktəbin direktoru Namiq Ağayev ,Məşqçi-müəllimlərdən Ədalət Ağayev və başqaları çıxış edərək idmançılarımıza bundan sonar da daha yüksək zirvələr fəth etməyi arzuladılar.

Tədbirin sonunda il ərzində uğur qazanmış idmançılara Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin Fəxri Fərmanları və hədiyyələri təqdim olundu.

Keçidlər