Şriftin ölçüsü :

Saytın rəngi :

Sığdaş ərazisində hesabat yığıncaqğı

03 yanvar 2019 | 16:00

03 yanvar 2019-cu il tarixdə Sığdaş ərazisində Masallı rayon İcra hakimiyyəti başçısının Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İsrafil Əliyevin hesabat yığıncağı keçirilmişdir.
  Hesabat yığıncağında məruzə ilə çıxış edən İ.Əliyev qeyd etmişdir ki, Sığdaş kənd inzibati ərazi dairəsi mərkəzi Sığdaş kəndi olmaqla  Xanalion, Babakücə və Ninalov kəndlərini əhatə edir. Ərazinin ümumi sahəsi 1183 hektar, bundan 427 ha bələdiyyə, 143 ha kənd altı, 507 ha pay torpaqlarıdır, əhalisi 4112 nəfər, təsərrüfatların sayı 999 olmaqla 625 yaşayış evi vardır.

Rayonumuzun  ayrı-ayrı ərazilərində görülən işlərlə yanaşı Sığdaş  kənd inzibati ərazi dairəsində də uzun illərdən bəri sakinləri narahat edən bir çox problemlər 2018-ci ildə həllini tapmışdır. Sığdaş kəndində Hümmət Cəfərov tərəfindən  əraziyə  6000 (altı min)  manat investisiya qoyulmuşdur. Həmin vəsait  hesabına   kəndin girişindən mərkəzi yola  işıqlandırma sisteminin quraşdırılmasına başlanmışdır və yaxın vaxtlarda  istifadəyə veriləcəkdir. Ərazinin Xanalion kəndində Sultanağa Qədirov tərəfindən əraziyə 20000 (iyirmi min) manata qədər investisiya qoyulmuşdur . Belə ki, 400 metr  yola asfalt örtüyü çəkilmiş, kənd qəbristanlığının girişinə asfalt döşənmiş, kəndin mərkəzi yolunun müxtəlif yerlərində təmir işləri aparılmış və məhəlləarası sibkabelləşmə işi aparılmışdır. Xanalion  kəndində, kənd sakinlərinin və bələdiyyənin vəsaiti hesabına kəndin girişindən mərkəzi yola smeta dəyəri 13000 (on üç min) manat olan işıqlandırma sisteminin quraşdırılmasına başlanmışdır və  yaxın vaxtlarda  istifadəyə veriləcəkdir. Sığdaş- Ninalov yolu genişləndirilərək vətəndaşların vəsaiti hesabına təmir olunmuş və yolun kənarında su aparıcı kanallar qazılmışdır. Bununla yanaşı Azərbaycan Respublikası Prezidentinin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 17  matr  2017-ci il tarixli 2754 saylı Sərəncamının icrasına uyğun olaraq ərazinin Babakücə kəndində Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın  təşəbbüsü ilə yaradılan "Regional İnkişaf" İctimai Birliyi tərəfindən sakinlərin içməli su ilə təmin olunmasından ötrü 120 m dərinliyində artezian quyu qazılmış və kəndin müxtəlif yerlərində 8 ədəd müasir tipli bulaqlar quraşdırılaraq vətəndaşların istifadəsinə verilmişdir.   
   Sığdaş ərazi nümayəndəliyi hər il olduğu kimi bu il də Sığdaş bələdiyyəsi ilə birgə fəaliyyəti dövründə bir çox problemləri həll etməyə çalışmışlar. Ərazi nümyəndəliyi hər zaman kənd sakinləri ilə yığıncaq və ya görüşü  zamanı onlardan vergilərini vaxtında ödəmələri və bu işdə Sığdaş bələdiyyəsinə köməklik göstərilməsini bildirmişdir. Vergilərdən əldə edilən gəlirin kəndin infrastrukturunun yaxşılaşdırlmasına xidmət göstərdiyini, kəndin inkişafına bilavasitə təsir etdiyini qeyd etmişdir. Ənənəvi təşkil olunan iməcliklər bu il də davam etdirilmişdir. Sığdaş  kəndində təmiz kənd
devizi adı altında abadlıq işləri görülmüşdür.  Ərazinin girişindən Mürsəli ocağına qədər olan mərkəzi yolun və ərazinin girişindən Xanalion kəndinə qədər yolun kənarları təmizlənərək abadlıq işləri aparılmışdır. Kənd sakinləri də öz növbəsində ərazi nümayəndəliyi və bələdiyyəyə köməklik göstərmişlər. Sakinlər öz həyətyanı torpaq sahələrinin ətrafını tullantılardan təmizləmişlər. Ərazinin 4 kəndində su aparıcı kanallar kənd camaatı və bələdiyyənin köməyi ilə təmizlənmişdir.
     Bələdiyyə ilə birlikdə bir sıra işlər görülsədə yerli əhəmiyyətli məsələlərin həllində işimiz qənaətbəxş deyildir. Bununda ən böyük səbəbi bələdiyyə büdcəsinin əsasını təşkil edən resurslardan tam istifadə olunmaması və bələdiyyə büdcəsinin kəsirlə yerinə yetirilməsidir. Buna da səbəb torpaq və əmlak vergisinin yığılmamasıdır. Bir səbəbidə vətəndaşlara verilmiş bildirişlər əsasında vergilərin vaxtında ödənilməməsidir. Vergilərin ödənilməməsi  ərazidə yerli əhəmiyyətli problemlərin həllində çətinliklər yaradır.         
    Bunuda qeyd etmək lazımdır ki, ərazidə daşınmaz əmlakın sığorta olunması ilə bağlı nümayəndəlik tərəfindən maarifləndirmə işinin aparılmasına baxmayaraq vətəndaşlar bu məsələyə biganə yanaşır. Buda təbii fəlakətlər və gözlənilməz yanğınlar  nəticəsində vətəndaşların pis vəziyyətə düşməsinə gətirib çıxarır.
      Sığdaş kənd inzibati ərazi dairəsi 1183 ha torpaq sahəsindən ibarətdir.Bunun 564 ha Payı bəlli, 507 ha bələdiyyə mülkiyyəti,143 ha isə kəndaltı torpaqlarıdır.
Ərazidə əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Hesabat ilində xüsusi təsərrüfatlarda  iri buynuzlu mal-qaranın sayı 2026 baş, xırda buynuzlu mal-qaranın sayı isə 2428  baş olmuşdur ki, buda keçən illərə nisbətdə artmışdır. Buna baxmayaraq heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması, daha məhsuldar heyvan əldə olunması üçün mövcud tədbirlərdən tam istifadə olunmur. Ərazidə cins mal-qaranın əldə olunması üçün lazımı tədbirlərin görülməsi barədə rayon Baytarlıq şöbəsi ilə söhbət aparılmışdır.
       Ərazidə mal-qaranın sayının artmasına baxmayaraq əhali ənənəvi əkinçilikdən çox uzaq düşmüş, bu da onu göstərir ki, torpaqlardan səmərəli istifadə olunmur.  Ərazi üzrə 507 ha əkinə yararlı torpaq sahəsindən 2018-ci ilin məhsulu üçün 160 ha sahəyə şum vurulmuş həmin sahədən 150 ha əkin aparılmış, bundanda 85 ha buğda, 34 ha arpa, 10 ha vələmir, 2 ha qarğıdalı, 1,5 ha noxud, 0,5 ha lobya, 0,5 ha mərci, 1 ha lərgə, 2 ha kələm, 1 ha tütün, 1 ha paxla, 0,5 ha zəfəran, 2,5 ha kartof, 1,5 ha xiyar, 1,5 ha pomidor,  1,5 ha baş soğan, 2,5 ha sarımsaq,  1,5 ha sair bitkilər  əkilmişdir.
      Ərazidə çayçılığı inkişaf etdirmək məqsədilə əlaqədar 50 hektar yeni çay plantasiyası salınması nəzərdə tutulmasına baxmayaraq, ərazi nümayəndəsi tərəfindən 120 hektar torpaq sahəsi  müəyyənləşdirilmiş, həmin torpaq sahibləri ilə görüşlər keçirilmiş, onlardan ərizələr və digər lazımi sənədlər alınmışdır. Xanalion kəndində Mirqasım Bağırovun  yaxından köməkliyi ilə 40 nəfər pay sahibinin 31,5  hektar torpaq sahəsi birləşdirilərək kooperasiya yaradılmışdır. Sığdaş kəndində Fəxrəddin Əliyevin   yaxından köməkliyi ilə 19  nəfər pay sahibinin 15 hektar torpaq sahəsi birləşdirilərək kooperasiya yaradılması üçün hazırdır. Həmin torpaq sahələri çay əkilməsi üçün hazır vəziyyətə gətirilmişdir. Bu da gələcəkdə yeni iş yerlərinin açılması və işsizliyin aradan qaldırılması deməkdir. Məlumat üçün bildirirəm ki, keçmiş sovetlər dövründə Sığdaş ərazisində 110  hektar çay sahəsi mövcud olmuşdur. Bu sahədə də  400  nəfərə qədər işçi çalışmışdır. 
     Rayonumuza 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 37 kiçik sututarında zəruri təmir-bərpa işlərinin aparılması üçün  vəsait ayrılmışdır. Həmin  sərəncama uyğun olaraq Sığdaş kənd inzibati ərazi dairəsində də 3 sututarda təmir-bərpa işlərinin aparılması və 2 yeni sututarın yaradılması nəzərdə tutulmuşdur. 
   Azərbaycanın kənd təsərrüfatı sahəsində tarixi kökü olan baramaçılığın inkişafı üçün də geniş imkanlar yaradılmışdır. Sığdaş kəndində 2018-ci ildə 2 qutu, 84 qram çəkidə olan barama saxlanıldı. Bundan başqa baramaçılığın gəlir gətirən sahəyə çevrilməsinə dəstək məqsədilə  200 ədəd tut ağacı tingi Xanalion  kənd  ümumi orta məktəbinin həyətində əkilmişdir.Göstərilən nəticələr bir daha göstərir ki,əkinçilik ənənələri ildən ilə daha da artacaq və əkilməyən torpaq sahələri  qalmayacaqdır.
      Ərazi nümayəndəliyinin mühüm vəzifələrindən biridə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması və onların Milli  ordu sıralarına yola salınmasıdır. Hesabat ilində bu sahədə müəyyən işlər görülmüşdür. Diqqətinizə çatdırmaq istəyirəm ki, Qarabağ uğrunda döyüşlərdə 6 gəncimiz şəhid və 6 gəncimiz isə əlil olmuşdur. Şəhid ailələri və Qarabağ əlilləri həmişə qayğı ilə əhatə olunur. Müqəddəs gün və bayramlarda  onların xatirələri daima  əziz tutulur, onlar həmişə ehtiramla yad edilir. Nümayəndəlik tərəfindən ardıcıl tədbirlər həyata keçirilməsinə baxmayaraq hələ də 12 nəfər gənc respublikadan kənarda olmaqla həqiqi-hərbi xidmətdən yayınır ki, bu da Azərbaycan gəncliyinə yaraşmayan haldır. Həmin gənclərin Rusiya Fedrasiyasından gətirilərək ordu sıralarına yola salınmaqdan ötrü nümayəndəlik tərəfindən ardıcıl iş aparılır.
      Nümayəndəlik tərəfindən Azərbaycan Respublikası “Ailə Məcəlləsi” əsas tutularaq ərazidə az yaşlı qızların erkən nigahlarının qarşısının alınması bir vəzifə olaraq daim diqqət mərkəzində olmuşdur. Ötən illərdə vətəndaşlar arasında apardığımız erkən nikahların yaratmış olduğu fəsadlar barəsində maarifləndirmə işləri aparılmasına baxmayaraq, 2018-ci ildə nümayəndəlik tərəfindən 1 erkən nikah halı  baş verməsinin qarşısının alınması məqsədi ilə Masallı RİHB-nın inzibati komissiyasına və Masallı rayon Polis şöbəsinə müraciət olunmuşdur. Onu da əlavə edim ki bu istiqamətdə maarifləndirici söhbət və məlumatlarımız  ərazi nümayəndəliyi işçiləri , bələdiyyə tərkibi, məktəb kollektivi, kənd ziyalıları və ağsaqqalları tərəfindən mütəmadi olaraq aparılır.İnanırıq ki,gələcək nəsillər arasında belə hallar baş verməyəcəkdir.
      2018-ci ildə qanunçuluğun qorunması sahəsində görülən işlərdən danışarkən onu da qeyd etməliyəm ki,ərazimizdə zəbt olunmuş torpaqlar və payı bəlli torpaqlarda qanunsuz olaraq tikilən evlər barədə də tərəfimizdən müəyyən işlər görülmüşdür. .Ötən il qanunsuz tikili hallarına yol verilməmişdir. Əvvəlki illərdə aparılmş qanunsuz tikililər barədə məlumat rayon İcra hakimiyyətinə və Dövlət Əmlak Komitəsinin yerli şöbəsinə  verilmişdir.
       Sığdaş kənd inzibati ərazi dairəsi mərkəzi Sığdaş kəndi olmaqla Sığdaş,  Xanalion, Babakücə və Ninalov kəndlərini əhatə edir. Əhalisi 4228 nəfər, təsərrüfatların sayı 1007  olmaqla 745 yaşayış evi vardır. 2018-cı ildə ərazi üzrə əhalinin sayı 28 nəfər artmış, 3 yeni fərdi yaşayış evi tikilmişdir.
     Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik öz işini  Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanına əsasən “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq  qurmuşdur. Nümayəndəliyin fəaliyyətini əhatə edən illik və rüblük iş planları hazırlanaraq təsdiq edilmişdir.İş planında nəzərdə tutulmuş maddələr üzrə nümayəndəlik tərəfindən səlahiyyətləri daxilində 60 sərəncam verilmişdir.Verilən sərəncamlar əsasən ərazinin sosial-iqtisadi inkişafı,vətəndaşların müraciətlərinə baxılmasının yaxşılaşdırılması,hər il yanvarın 1 vəziyyətinə təsərrüfatbaşına uçot kitabların dürüstləşdirilməsi, kargüzarlıq işlərinin  aparılması,hərbi xidmətə çağırış,təhsil haqqında Qanunun yerinə yetirilməsi,ərazidə tibbi xidmətin səviyyəsi,tarixi gün və bayramların qeyd edilməsi,kütləvi tədbirlərin keçirilməsi,qanunsuz tikililər və azyaşlı qızların erkən ailə həyatı qurmasının qarşısının alınması,bələdiyyə ilə birgə iş fəaliyyəti, qanunçuluğun qorunması,və digər məsələlər barədə olmuşdur. Ərazidə tarixi gün və bayramlar xüsusi qeyd edilmişdir.Belə ki,ərazidə ulu öndər Heydər Əliyevin doğum və anım günləri,20 Yanvar faciəsinin il dönümü,26 Fevral Xocalı soyqırımı,31 Mart Azərbaycanlıların Soyqırımı,Dünya Azərbaycanlılarının həmrəylik və Yeni il bayramı,Novruz bayramı,Bayraq günü və digər tarixi gün və bayram günləri ərazidə qeyd edilmişdir.
      Nümayəndəlikdə “Dövlət icra hakimiyyəti orqanlarında ,idarə,müəssisə və təşkilatlarda kargüzarlığın aparılması qaydası haqqında”təlimata və iş nomenklaturasına uyğun olaraq qeydiyyat kitabları həmçinin sənədlərin saxlanılması qovluqları açılmışdır.
      Nümayəndəliyə 2018-ci ildə müxtəlif təşkilatlardan 19  sənəd məktub daxil olmuşdur.Daxil olmuş sənədlərə təlimata uyğun olaraq dərkənar qoyulmuş,daxilə ştempi vurularaq qeydiyyata alınmışdır.Məlumat xarakterli sənədlər rəhbərlik və icra üçün işə alınmış,cavablandırılması tələb olunan sənəd-məktubların  icrası vaxtında təmin edilmiş,icra barədə yekun arayış yazlmış,qeydiyyat nəzarət vərəqləri işlənilmişdir.
      2018-ci ildə 64 sənəd məktub müxtəlif idarə və təşkilatlara göndərilmişdir. Göndərilən sənədlər qovluğu təlimata uyğun şəkildə hazırlanmış və ardıcıllıq sırası gözlənilməklə kitaba işlənilmişdir.
      Nümayəndəlikdə vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkili “Vətəndaşların müraciətləri haqqında”Azərbaycan Respublikası Qanununun tələbləri səviyyəsində baxılmasına daima səy göstərilmiş,müraciətlərə həssaslıqla yanaşılmışdır.

Keçidlər