Şriftin ölçüsü :

Saytın rəngi :

Tüklə ərazisində hesabat yığıncağı

08 yanvar 2019 | 16:00

08 yanvar 2019-cu il tarixdə Tüklə ərazisində Masallı rayon İcra hakimiyyəti başçısının Tüklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kərim Ağayevin hesabat yığıncağı keçirilmişdir.

Hesabat yığıncağında məruzə ilə çıxış edən K. Ağayev qeyd etmişdir ki, rayonumuzun  ayrı-ayrı ərazilərində görülən işlərlə yanaşı Tüklə kənd inzibati ərazi dairəsində də uzun illərdən bəri sakinləri narahat edən bir çox problemlər 2018-ci həllini tapmışdır. Sakinlərinin dəstəyi ilə Türkoba –Tüklə yolunun 1600 metr hissəsi qrederlər hamarlanıb,çınqıl daşla cari təmir edilirdi.Lakin bu cari təmir lazımi effekti vermir,qış aylarında yol  yenidən yararsız hala düşürdü.2018-ci ildə rayon İcra hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun dəstəyi ilə 2 km yol asfalt örtük ilə təmir etdirilmişdir.Asfalt yolun iki tərəfəli yol qırağına çay çınqıl daşları sərilmişdir.Məmmədoba kənd həkim məntəqəsi tikilərək,standartlara cavab verən invertar və avadanlıqla təchiz edilib, kənd sakinlərinin istifadəsinə verilmişdir.Tüklə kənd sakinləri, iş adamları və xeyriyyəçilərin dəstəyi ilə Tüklə kənd Məscidinin həyətində 233 kv.m hissədə beton qat tökülərək,metlax ilə təmir edilmişdir.Tüklə kənd qəbirstanlığında 14x5 ölçüdə saray tikilib,tam təmir edilmişdir. Tiyaqani kənd sakinlərinin dəstəyi ilə Tiyaqani kəndinin mərkəzə gedən küçəsinin 2 km məsafəsi asfalt örtüklə örtülmüşdür.Eyni yolun hər iki tərəfli hissəsinə də çay çınqıl daşları sərilmiş,yol kənarı xəndəklər dərin qazılmışdır.Tiyaqani kəndinin 2 km  asfalt örtüklü yolun  kənarına 8  ədəd işıq dirəyi quraşdırılmışdır.Qeyd etməliyik ki,ümumilikdə kəndin infrastrukturunun yaxşılılaşdırılması istiqamətində iş adamları və xeyriyyəçilərin qoyduğu investisiya məbləği 62 min manat təşkil edir.
  Bütün bunlarla yanaşı ölkəmiz üçün çox mühüm olan növbəti Prezident seçkiləri də məhz 2018-ci ildə keçirilmişdir.Seçki məntəqələrinin seçkiyə tam hazırlıqlı vəziyyətdə olmasına nəzarət edilmiş, seçki günü seçicilərin məntəqələrə rahat gələ bilməsi üçün hər cür şərait təmin edilmişdir.
Tüklə ərazi nümayəndəliyi hər il olduğu kimi bu il də Tüklə bələdiyyəsi ilə birgə fəaliyyəti dövründə bir çox problemləri həll etmişlər.Ərazi nümyəndəliyi hər zaman kənd sakinləri ilə yığıncaq və ya görüşü  zamanı onlardan vergilərini vaxtında ödəmələri və bu işdə Tüklə bələdiyyəsinə köməklik göstərilməsini bildirmişdir.Vergilərdən əldə edilən gəlirin kəndin infrastrukturunun yaxşılaşdırlmasına xidmət göstərdiyini,kəndin inkişafına bilavasitə təsir etdiyini qeyd etmişdir. Kənd arası və məhəllə arası xəndəklər dərinləşdirilmiş və təmizlənmişdir.Ənənəvi təşkil olunan iməcliklər bu il də davam etdirildi.Tüklə kəndinin girişindən mərkəzi küçələrinə qədər yol kənarı ağaclar budanmış,1 metr hündürlüyündə əhənglənmişdir.”Təmiz kənd” devizi adı altında abadlıq işləri görülmüşdür.Tüklə kənd Elektrik yarımstansiyasına qədər olan məsafədə  yaşıllaşdırma işləri aparılmışdır.Tüklə çayının ətrafı təmizlənmişdir.Kənd sakinləri də öz növbəsində ərazi nümayəndəliyi və bələdiyyəyə köməklik göstərdilər.Sakinlər öz həyətyanı torpaq sahələrinin ətrafını zibil və tullantılardan təmizləmişlər.
  Tüklə kənd inzibati ərazi dairəsinin ümumi sahəsi  970 hektardır.Bunun 564 ha Payı bəlli,396 ha bələdiyyə mülkiyyəti,10 ha isə dövlət torpaqlarıdır. Tüklə kənd inzibati ərazi dairəsində   1400  baş iri buynuzlu mal-qara,bundan 720 baş ana mal,530 baş xırda buynuzlu  mal-qara vardır.  Bu gün Prezident İlham Əliyev tərəfindən  aqrar sahənin inkişafı dövlət siyasətinin ən mühüm prioritetlərindən biri kimi müəyyən olunub. Kənd təsərrüfatı iqtisadiyyatın davamlı, dayanıqlı inkişafının əsas, çox mühüm şərtidir və eyni zamanda, sistem yaradan və formalaşdıran bir sahədir. Kənd təsərrüfatı iki mühüm sütun üzərində inkişaf edir -heyvandarlıq və bitkiçilik.İnzibati ərazi dairəsində hər iki istiqamət üzrə fəaliyyət göstərilir.Lakin son iki il ərzində bitkiçilik sahəsində olduqca böyük dirçəliş mövcuddur.Bu da ölkə Prezidentinin qeyri neft sektorunun inkişafı üçün yaratdığı şəffaf şəraitdən irəli gəlir. Bitkiçilik və heyvandarlıq kimi kənd təsərrüfatı ilə məşğul olan sahibkar dövlət dəstəyini görərək  məşğulluq sahəsini daha da genişləndirməyə maraqlıdır.Ölkə Prezidentinin sərəncamı ilə əkilən mövsümü və çox illik əkmələrə subsidiyaların verilməsi rayonumuzda fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən həyata keçirilir.Tüklə ərazisində 2018-ci ildə 75 ha torpaq sahəsi əkilmişdir.Dənli bitkilərdən buğda-10 ha,qarğıdalı 0.5 ha,noxud-3 ha,paxlalı bitkilər 8 ha,yağlı bitkilər 1 ha,çəltik 23 ha, tərəvəz və bostan bitkilərindən:kartof 5 ha,xiyar 4 ha,pomidor 6 ha,soğan 2 ha,sarımsaq 2 ha,badımcan 2 ha,şirin və acı bibər 2 ha,qarpız 1 ha,yemiş 1 ha,sair əkinlər 4 ha,ədviyyat və ətirli bitkilərdən zəfəran 0.4 ha,süpürgə 1 ha,tütün 1 ha əkilmişdir.Əkin sahələrindən dənli bitki olan buğdadan 159,5 sentner,qarğıdalıdan 9,5 sentner,paxlalı bitkilərdən 211 sentner,yağlı bitkilərdən 18 sentner,çəltikdən 782 sentner,tərəvəz və bitkilərindənkartof,xiyar,pomidor,sarımsaq,bibər,badımcan,soğan,qarpızyemiş və sair əkinlərdən 5672 sentner,ədviyyat və ətirli bitkilərdən 0,07 sentner məhsul əldə edilmişdir.Azərbaycanın kənd təsərrüfatı sahəsində tarixi kökü olan baramaçılığın inkişafı üçün də geniş imkanlar yaradılmışdır.Tüklə kəndində 2018-ci ildə 39 qram çəkidə olan barama saxlanıldı. Bundan başqa baramaçılığın gəlir gətirən sahəyə çevrilməsinə dəstək məqsədilə  170 tut ağacı tingi Tüklə kənd  tam orta məktəbinin həyətində əkilmişdir.Göstərilən nəticələr bir daha göstərir ki,əkinçilik ənənələri ildən ilə daha da artacaq və əkilməyən torpaq sahələri  qalmayacaqdır.                                                                                                                                                                              2018-ci ildə qanunçuluğun qorunması sahəsində görülən işlərdən danışarkən onu da qeyd etməliyəm ki,ərazimizdə zəbt olunmuş torpaqlar və payı bəlli torpaqlarda qanunsuz olaraq tikilən evlər barədə də tərəfimizdən müəyyən işlər görülmüşdür. .Ötən il qanunsuz tikili hallarına yol verilməmişdir.Əvvəlki illərdə aparılmş qanunsuz tikililər barədə məlumat rayon İcra hakimiyyətinə və Əmlak komitəsinə verilmişdir.                                                                                                                   Tüklə kənd inzibati ərazi dairəsinin mərkəzi Tüklə kəndi olmaqla Məmmədoba və Tiyaqani yaşayış məntəqələrini  əhatə edir. Təsərrüfatların sayı 819,əhalisinin sayı 3915 nəfər olmaqla,586 ev vardır.                                                                                                                                                             Tüklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik öz işini  Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanına əsasən “Yerli İcra hakimiyyətləri haqqında əsasnamə”yə uyğun olaraq  qurmuşdur. Nümayəndəliyin fəaliyyətini əhatə edən illik və rüblük iş planları hazırlanaraq təsdiq edilmişdir.İş planında nəzərdə tutulmuş maddələr üzrə nümayəndəlik tərəfindən səlahiyyətləri daxilində 60 sərəncam verilmişdir.Verilən sərəncamlar əsasən ərazinin sosial-iqtisadi inkişafı,vətəndaşların müraciətlərinə baxılmasının yaxşılaşdırılması,hər il yanvarın 1 vəziyyətinə təsərrüfatbaşına kitabların dürüstləşdirilməsi, kargüzarlıq işlərinin  aparılması,hərbi xidmətə çağırış,təhsil haqqında Qanunun yerinə yetirilməsi,ərazidə tibbi xidmətin səviyyəsi,tarixi gün və bayramların qeyd edilməsi,kütləvi tədbirlərin keçirilməsi,qanunsuz tikililər və azyaşlı qızların erkən ailə həyatı qurmasının qarşısının alınması,bələdiyyə ilə birgə iş fəaliyyəti, qanunçuluğun qorunması,və digər məsələlər barədə olmuşdur. Ərazidə tarixi gün və bayramlar xüsusi qeyd edilmişdir.Belə ki,ərazidə ulu öndər Heydər Əliyevin doğum və anım günləri,20 yanvar faciəsinin il dönümü,26 Fevral Xocalı soyqırımı,31 mart Azərbaycanlıların Soyqırımı,Dünya Azərbaycanlılarının həmrəylik və Yeni il bayramı,Novruz bayramı,Bayraq günü və digər tarixi gün və bayram günləri ərazidə qeyd edilmişdir.
  Nümayəndəlikdə “Dövlət icra hakimiyyəti orqanlarında, idarə,müəssisə və təşkilatlarda kargüzarlığın aparılması qaydası haqqında”təlimata və iş nomenklaturasına uyğun olaraq qeydiyyat kitabları həmçinin sənədlərin saxlanılması qovluqları açılmışdır.
  Nümayəndəliyə 2018-ci ildə müxtəlif təşkilatlardan 19  sənəd məktub daxil olmuşdur.Daxil olmuş sənədlərə təlimata uyğun olaraq dərkənar qoyulmuş,daxilə ştempi vurularaq qeydiyyata alınmışdır.Məlumat xarakterli sənədlər rəhbərlik və icra üçün işə alınmış,cavablandırılması tələb olunan sənəd-məktubların  icrası vaxtında təmin edilmiş,icra barədə yekun arayış yazlmış,qeydiyyat nəzarət vərəqləri işlənilmişdir.
  2018-ci ildə nümayəndəlik tərəfindən  74 sənəd məktub  müxtəlif idarə və təşkilatlara göndərilmişdir.Göndərilən sənədlər qeydiyyata alınmış sürətləri qovluqlara tikilmişdir.
  Nümayəndəlikdə vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkili “Vətəndaşların müraciətləri haqqında”Azərbaycan Respublikası Qanununun tələbləri səviyyəsində baxılmasına daima səy göstərilmiş,müraciətlərə həssaslıqla yanaşılmışdır.
  Tüklə kənd inzibati  ərazi nümayəndəliyi qanunla müəyyən edilmiş qaydada “Ailə Məcəlləsi”nə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı aparılmışdır.2018-ci ildə nümayəndəlikdə 07 nikah,37 doğum, 15 ölüm faktı qeydiyyata alınmışdır.Verilən doğum,ölüm şəhadətnamələrinin bəzilərində müddət ötürülməsinə yol verilmişdir ki,bu da doğum və ölüm haqqında verilən tibbi arayışın vətəndaşlar tərəfindən nümayəndəliyə vaxtında verilmədiyi ilə bağlı olmuşdur.Nümayəndəlik tərəfindən bağlanan rəsmi nikahların hamısı tibbi müayinədən keçdiklərinə dair arayışlar əsasında edilmişdir.Əlavə olaraq qeyd etməliyik ki,bu gün böyük mərkəz olan ASAN xidmət kompleksində  doğum,nikah və ölüm faktlarının qeydiyyata alınması prosesi də həyata keçrilir.Bu mərkəzdən sənədləri əldə edən sakinlər bir qədər səhlənkarlıq göstərərək qeydiyyatları ilə bağlı ərazi nümyəndəliyinə sənədləri təqdim etmirlər.Bu da inzibati ərazi dairəsi üzrə nümyaəndəliyi əhalinin düzgün və dürüst qeydiyyata alınmasında maneələr törədir.Kənd sakinlərindən belə hallarına baş verməməsi üçün lazımi qeydiyyatların aparılması üçün ərazi nümayəndəliyinə sənədləri vaxtında təqdim etmələri xahiş olunur.
  Ötən illərdə vətəndaşlar arasında apardığımız erkən nikahların yaratmış olduğu fəsadlar barəsində maarifləndirmə işləri öz nəticəsini göstərmişdir.Belə ki, 2018-ci ildə erkən nikah halları baş verməmişdir.Lakin buna baxmayaraq,bu istiqamətdə maarifləndirici söhbət və məlumatlarımız  ərazi nümayəndəliyi işçiləri ,bələdiyyə tərkibi,məktəb kollektivi, kənd ziyalıları,ağsaqqal və ağbirçəklər tərəfindən mütəmadi olaraq aparılır.İnanırıq ki,gələcək nəsillər arasında belə hallar baş verməyəcəkdir.                                 
Nümayəndəliyin əsas vəzifələrindən biri də gənclərin həqiqi hərbi xidmətə çağırışının mütəşəkkil həyata keçirilməsini təmin etməkdir.Bu məqsədlə gənclərimizin vətənpərvərlik tərbiyəsinə,onların orduya çağırışına xüsusi diqqət edilir.Önəmli gün və bayramlarda gənclərin müharibə dövrlərində qəhrəmanlıq göstərən əlil və veteranlarla görüşlərini təşkil edir,onların əsl Azərbaycanlı vətənpərvər gənci kimi inkişaf etmələrinə şərait yaradırıq. 2018-ci ildə inzibati ərazi dairəsi üzrə 32 nəfər gəncin həqiqi hərbi xidmətə göndərilməsi və onların tibbi müayinələrdən keçirilməsi tam təmin edilmişdir.Bundan başqa çağırış yaşlı yeniyetmələrin ilkin hərbi qeydiyyatdan keçmələri üçün 2003-cü il üzrə 35 nəfər,2004-cü il üzrə isə 38 nəfər gəncin adlı siyahısı və ailə tərkibi barədə arayışları SHXÇDX-nin Masallı rayon şöbəsinə təqdim edilmişdir.
  Tüklə kənd inzibati ərazi dairəsi üzrə 1 tam  orta məktəb fəaliyyət göstərir.Məktəblərdə  195  şagird təhsil alır,onların təlim tərbiyəsi ilə 27 müəllim məşğul olur.
   Nümayəndəlik tərəfindən “Təhsil haqqında “Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin yerinə yetirilməsi daima diqqət mərkəzində saxlanılmış,bu sahədə məktəb rəhbərliyinə yaxında köməklik göstərilmişdir. 2017-2018-ci il tədris ilində Ə.İbadov adına Tüklə tam orta məktəbi üzrə 11 nəfər məzundan 2 nəfəri ali məktəbə,3 nəfəri orta ixtisas məktəbinə daxil olmuşdur.Hesabat ilində ərazi nümayəndəliyi tərəfindən məktəbdə şagirdlərin dərsə dəvamiyyətinə,valideynlərlə görüşlərinin təşkilinə köməklik göstərlməsi məsələlərinə,tədrisin keyfiyyətinə nəzarət olunmuşdur.Onu da qeyd    etməliyik ki, 2017-2018-ci il tədris ilində vakansiya yolu ilə Tüklə tam orta məktəbinə ibtidai,texnologiya,informatika,fizika,azərbaycan-dili və ədəbiyyat fənləri üzrə müəllimlər işləməyə gəlmişlər. Bu gün hər kəs çox yaxşı anlayır ki,dayanıqlı inkişafın kökündə təhsil, məktəb və müəllim dayanır.Ölkə başçımız müəllimləri hər zaman diqqət mərkəzində saxlamışdır.2018-ci ildə müəllimlərin aylıq əmək haqqlarında ciddi artımlar baş verdi.Müəllimlərin diaqnostik qiymətləndirilməsi kimi imtahan mərhələsindən yüksək nəticələr əldə edən müəllimlərin aylıq əmək haqqlarında yenidən artımlar oldu.Lakin böyük təəssüf hissi ilə qeyd etməliyik ki,bu gün Tüklə tam orta məktəbinin maddi texniki bazası standartlara cavab vermir.Bu da həm məktəb kollektivinin,həm də şagirdlərin qismən də olsa təhsilə maraqlarına təsir göstərir.İnanırıq ki,yaxın gələcəkdə Əli İbadov adına Tüklə kənd tam orta məktəbi əsaslı şəkildə təmir edilib gələcək nəsillərin mükəmməl şəraitdə təhsil almalarına şərai yaranacaqdır.
   Ərazimizdə 2 həkim məntəqəsi vətəndaşlara xidmət göstərir.Tüklə kənd həkim məntəqəsində 1 həkim və 4 tibb bacısı işləyir.Həkim məntəqəsində çalışan həkim və tibb bacıları vaxtında xəstələri qeydiyyat alır,ptofilaktik işlər görür,peyvəndər vurulur.Artıq sevindirici bir haldır ki,Məmmədoba tibb məntəqəsi də istismara verilmişdir.Məntəqə əsaslı təmir edilib,tibbi avadanlıq və inventarlarla təchiz edilmişdir.Bu tibb məntəqsində isə 1 həkim,1 tibb bacısı və texniki işçi çalışır.Hər iki məntəqə işçiləri tərəfindən məktəblərdə 1-ci sinifdən 6-cı sinfə qədər uşaqlarda qurd xəstəliyinə qarşı dərman verilmiş,yeni doğulmuş  uşaqlara yaşa uyğun polimelit,difteriya-tetanus,göyöskürək-hib,qızılca xəstəlikərinə qarşı profilaktik peyvəndlər aparılmışdır.Ümidvarıq ki,bundan sonra da tibb işçilərimiz əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyətini daha da yaxşılaşdıracaqlar. 
Tüklə kənd inzibati ərazi dairəsində kitabxana da oxucular üçün fəaliyyət göstərir. Kitabxanaya  daimi yeni kitabların gətirilməsi və onların yerləşdirilib oxuculara təqdim edilməsi  təmin edilir. Bundan başqa ərazimizdə Tüklə kənd Sənətkarlıq klubu da fəliyyət göstərir.3 nəfər işçisi vardır.Tarixi gün və bayramların keçirilməsində fəallıq göstərən klub işçiləri, 2018-ci ildə  47 tədbir keçirmişdir.Tədbirlər “Yeni
il şənliyi”,”20yanvar hadisəsi”,”Sənə yaxşı yol Azərbaycan əsgəri”çağırışçıların hərbi xidmətə yola salınması,”Xocalı soyqırımı”,”Novruz bayramı”,”28 may Respublika günü” vəs kimi əlamətdar günlərlə əlaqədar olaraq keçirilmişdir.  
Tüklə kənd inzibati ərazi dairəsində elektron ATS,Poçt da fəaliyyət göstərir.Hər iki təşkilatın işçilərinin işinə məsuliyyət ilə yanaşıldığı danılmazdır.Qeyd etmək lazımdır ki,bu gün vətəndaşlara  18 növ poçt xidməti göstərilir.Elektron ATS də fasiləsiz olaraq fəaliyyət göstərir.
  Bu gün ölkə başçımız xalqının rifah halının yaxşılaşdırılması üçün bir çox sosial yönümlü qərarlar qəbul etmişdir.Son beş ildə pensiyalar,maaşlar dəfələrlə artmışdır.İnsanların məşğulluq sahələrinin artırılması üçün iş yerləri açılmış,işsizlik minimum səviyyəyə endirilmişdir.Bununla yanaşı rayon İcra hakimiyyətinin başçısı da hər il inzibati ərazi dairələrində Qarabağ şəhidi ailələrinə,az təminatlı ailələrə bayram sovqatı göndərir.Ərazi nümayəndəliyi,bələdiyyə və kəndin xeyriyyəçiləri də öz növbəsində daxili imkanlar hesabına imkansız və kimsəsiz ailələrə yardımlar edirlər.
  2018-ci ildə Tüklə kənd inzibati ərazi dairəsində bir çox infrastruktur əhəmiyyətli problemlər tam həllini tapmışdır.Bunlarala  yanaşı görəcəyimiz işlər və qarşıda duran vəzifələrimiz də çoxdur. Əli İbadov adına Tüklə tam orta məktəbin əsaslı təmir edilməsi,ərazi dairəsində aqrar sahənin inkişafı üçün vətəndaşlar arasında maarifləndirmə işlərinin daha da gücləndirilməsi,həmçinin əraziyə sahibkarların və xeyriyyəçi insanlarla birlikdə müəyyən işlərin görülməsi üçün səylərimizi davam etdirəcəyik.
  Tüklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi bundan sonra da öhdəsinə düşən vəzifələrin yerinə yetirilməsinə səylə çalışacaq,Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarından,rayon İcra hakimiyyəti başçısının əmr,sərəncam və tapşırıqlarından irəli gələn vəzifələrin vaxtında layiqincə həyata keçirilməsinə nail olacaq

Keçidlər