Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Elmira Axundovanın “Bizim tanıdığımız Elmira...” və “Həmkarlarımla üz-üzə” kitablarının təqdimatı

11 fevral 2019 | 16:00

           11 fevral 2019-cu il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Elmira Axundovanın  “Bizim tanıdığımız Elmira...” ("Elmira-kak mı yeyo znaem") və  “Həmkarlarımla üz-üzə”  kitablarının  oxucuları ilə ictimai müzakirə və elmi-praktiki konfransı keçirilmişdir.

Əvvəlcə  Milli Məclisin  deputatı,  “ Şöhrət” ordenli, Dövlət Mükafatı laureatı,  görkəmli publisist, Xalq yazıçısı, Əməkdar jurnalist, həmyerlimiz  Elmira  xanım  Axundovanın  əmək və fəaliyyətinə həsr olunmuş Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşları Elsevər və Cəmaləddin Əliyevlərin hazırladıqları videoçarxa baxıblar.
           Tədbiri giriş sözü Azərbaycan Yazıçılar Birliyinin üzvü, Masallı Rayon Ağsaqqallar Şurasının sədri,  veteran Dövlət qulluqçusu, Vətənə Xidmətə Görə III dərəcəli ordenli Ə.Niftiyev aşmışdır. Ələşrəf müəllim məşhur həmyerlimiz haqqında geniş danışmışdır; həyat və yaradıcılığı barədə söhbət açmışdır.
            Konfransda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov tədbir iştirakçılarını və qonaqları salamlamış və bildirmişdir ki, Azərbaycanın Xalq yazıçısı, Milli Məclisin deputatı, “ Şöhrət” ordenli, Dövlət Mükafatı laureatı, görkəmli publisist, Xalq yazıçısı, Əməkdar jurnalist, həmyerlimiz Elmira xanım Axundovanın “Bizim tanıdığımız Elmira...”, “Həmkarlarımla üz-üzə” kitabları barədə fikirləmizi bölüşəcəyik. "Yazıçılıq sənəti çox çətin sahədir. Dünyada çox gözəl əsərlər yaranmış, Elmira Axundovanın uzun illər yazıb ərsəyə gətirdiyi və ulu öndərin həyat və fəaliyyətini özündə əks etdirən “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildli əsəri də bu səpkidəndir və müəllifi "Bizim Elmiradır". Qeyd etmək istərdim ki, tanınmış yazıçı Azərbaycan Milli Məclisinin deputatı və həmyerlimiz Elmira Axundova bu tarixi romanı yazmaqdan ötrü çoxlu tanınmış insanlarla görüşmüş, müxtəlif şəhərlərdə olmuş, insanları tapmış, onlarla ünsiyyətdə olmuş və çətinlikləri dəf etməklə belə böyük bir əsəri ərsəyə gətirmişdir. Bu silsilə kitablar əsrlər boyu yaşayacaqdır.“Bizim tanıdığımız Elmira...” ("Elmira-kak mı yeyo znaem") və “Həmkarlarımla üz-üzə” kitabları da mən inanıram ki, qədirbilən oxucular tərəfindən rəqbətlə qarşılanacaqdır", - deyə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab R.Hüseynov bildirmişdir.
            Konfransda Prezident təqaüdçüsü Şirvan Əbilov,  Azərbaycan yazıçısı, Əməkdar İncəsənət Xadimi,  "Şöhrət" ordenli, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Natiq Rəsulzadə, həftəlik "Yeni həyat" qəzetinin baş ədəbi işçisi Akif Ağayev, rus dili müəllimi Səkinə Əsədova,  Boradigah qəsəbəsi 2 nömrəli  tam orta məktəbin direktoru, şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nurməmməd Ağayev
regional "Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırova  yazıçı Elmira Axundovanın yenicə şapdan çıxmış  “Bizim tanıdığımız Elmira...” (Elmira-kak mı yeyo znaem) və  “Həmkarlarımla üz-üzə”  kitablarına  dəyər verərək bildirmişdirlər ki, yeni nəşrlər də gənc və yaşlı nəslin maariflənməsində böyük rolu vardır.
            Sonra “Bizim tanıdığımız Elmira...” (Elmira-kak mı yeyo znaem) və  “Həmkarlarımla üz-üzə”  kitablarının  müəllifi Elmira Axundova kitabın yaranması və ərsəyə gəlməsi barədə geniş söhbət açaraq təşkil olunmuş tədbirə görə rayon rəhbərliyinə və ziyalılara öz minnətdarlığını bildirmişdir. Müəllif çıxışının sonunda qeyd etmişdir: “Mən ömrümün qalan hissəsini də Heydər Əliyev obrazını yaratmağa çalışacağam...”
            Tədbir musiqi ilə müşayət olunmuşdur. Şamo İbayev və Fəridin oxuduqları xalq mahnıları tədbir iştirakçıları tərəfindən həvəs və məhəbbətlə qarşılanmışdır.

Keçidlər