Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Dram Teatrının kollektivi Masallıda qastrol səfərində

16 fevral 2019 | 16:00

Akademik Milli Dram Teatrının kollektivi “Manqurt” tamaşası ilə Masallının Mədəniyyət Mərkəzində çıxış edib.

Tamaşa qırğız yazıçısı Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanıb.
Səhnə əsərinin bədii rəhbəri və rejissoru Anar Babalı, rejissoru, Mədəniyyət və İncəsənət Universitetinin diplomantı İzamə Babayeva, rəssamı, Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.
Birhissəli səhnə əsərində Əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban, Əminə Babayeva və Mehman Fətullayev iştirak ediblər.

Keçidlər