Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda region gəncləri arasında biznes plan çempionatı keçirilib

22 fevral 2019 | 16:00

Masallı şəhərindəki Gənclər Mərkəzində Gənclər Fondunun maliyyə dəstəyi ilə 2018-ci ildə 11-ci qrant müsabiqəsi üzrə qalib olmuş “Region gəncləri arasında biznes plan çempionatı” layihəsinin yekun tədbiri keçirilib.

Çempionatda gənclər komanda şəklində biznes sahəsində biliklərini nümayiş etdiriblər.
Layihə rəhbəri Rafət Şirəliyev layihə üzrə fəaliyyətlərinin qısa icmalını təqdim edib.
Qeyd olunub ki, çempionata qədər 20 gənc 3 müxtəlif təlimlərə cəlb olunub. Onlar biznes planın, maliyyə və investisiya cədvəlinin hazırlanması, bazar araşdırması, SWOT təhlil, təqdimat bacarıqları və digər təlimlərə qatılıblar.
Daha sonra iştirakçılar beş komandaya bölünüb, bir ay müddətində biznes planlar hazırlanıb. Bu dövr ərzində layihə rəhbərliyi tərəfindən komandalarla görüşlər keçirilib, onlara fərdi konsultasiyalar aparılıb.
Çempionatda komandalar turizm, tədbirlərin təşkili, İKT və digər sahələr üzrə ideyalarını nümayiş etdiriblər.
Sonda çempionatın İştirakçılarına sertifikatlar, qalib komandaya isə diplom və hədiyyə təqdim olunub.

Bağır Əliyev  - azertag.az

Keçidlər