Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olundu

07 mart 2019 | 16:00

   07 mart 2019-ci il tarixdə Masallı şəhər “İlqar Plaza” şadlıq sarayında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilmişdir.

      İlk öncə rayonun idarə, müəssisə və təşkilatlarında çalışan bir qrup qadın Masallı şəhər Heydər Əliyev Parkında ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
       8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbirdə ilk öncə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov bayram münasibətilə qadınları təbrik edərək onların cəmiyyətdəki rolundan söhbət açmışdır. Natiq çıxışında dövlətin hərtərəfli qayğısı ilə əhatə olunan Azərbaycan qadınının bu gün ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatının fəal iştirakçısına çevrildiyini xüsusilə qeyd etmişdir. Azərbaycan qadınlarının ölkəmizin həyatındakı çoxşaxəli rolundan danışan rayon rəhbəri bu sahədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın xüsusi xidmətlərini qeyd edərək Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan qadınına xas olan ən dəyərli keyfiyyətləri özündə birləşdirməklə qadınlarımızı dünyada ləyaqətlə təmsil etdiyini vurğulamışdır. RİH-in başçısı həmçinin qeyd etmişdir ki, Azərbaycan qadınları ilə bir sırada inamla addımlayan masallılı qadınlar da bu gün iqtisadiyyatımızın gücləndirilməsində, idarəetmə, təhsil, səhiyyə, mədəniyyət, aqrar və digər sahələrdə əzmlə çalışırlar.
         Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirakına görə bir qrup qadına Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri fərman və qiymətli hədiyyələr verilmişdir.
      Tədbirdə çıxış edən Şatıroba kənd məktəbinin direktoru Ülviyyə Səfərova, "Cənub" qadın inkişaf qrupunun rəhbəri Səadət Rufullayeva, Aprel döyüşlərində şəhid olmuş Nurlan Əsgərlinin anası Ziba Əsgərova, şəhər 3 nömrəli orta məktəbin müəllimi Sara Abbaszadə, Qodman ərazi nümayəndəsi, Aprel döyüşlərinin iştirakçısı Əziz Cankişizadə,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinin rəisi Vəli Rzayev,  "Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova  və başqaları Azərbaycanda qadına, anaya daim böyük ehtiram və hörmət bəslənməsindən, müdrik, cəsur, istedadlı qadınlarımızın adlarının çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmasından danışmışlar.
       Bayram münasibətilə xoş arzularını bildirən çıxışçılar qadınlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
      Bayram tədbirində həmçinin Masallı rayonunun ictimai-siyasi həyatında fərqlənən bir qrup təhsil və səhiyyə işçisinə Fəxri fərman və qiymətli hədiyyələr verilmişdir.
      Beynəlxalq Qadınlar gününə həsr olunmuş tədbir Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin ğzfəaliyyət işçiləri, Masallı şəhər Heydər Əliyev Mərkəzinin rəqs qruplarının ifasında rəngarəng musiqilər və rəqslərlə yekunlaşmışdır.

Keçidlər