Şriftin ölçüsü :

Saytın rəngi :

Milli - mənəvi dəyərlər və müasirlik

14 mart 2019 | 16:00

14 mart 2019-cu il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində “Milli - mənəvi dəyərlər və müasirlik” mövzusunda tədbir və Mərkəzdə fəaliyyət göstərən rəsm dərnəyinin üzvü  Nərmin Zeynalovanın əl işlərindən ibarət “Mənim rəngarəng dünyam”adlı fərdi sərgi keçirilmişdir.

Tədbirdə Masallı şəhər 4 və 3 nömrəli məktəblərin müəllim və şagirdləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açıan Masallı şəhər Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva bildirmişdir ki, Azərbaycan xalqı hər zaman milli dəyərlərə sadiqliyini göstərib və bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib.Tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması aktual olub.Elə bu günümüzdə də bu müsbət tendensiya özünü qoruyub saxlayır.Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var.
Daha sonra şagirdlərlə mövzu ətrafında diskusiya apariımışdır.
Tədbirin sonunda tədbir iştirakçıları rəsm dərnəyinin üzvü Nərmin Zeynalovanın əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.
Sonda  Nərmin Zahir qızı Zeynalova Fəxri fərmanla təltif olunmuşdur.

Keçidlər