Şriftin ölçüsü :

Saytın rəngi :

"Ölkəmizi tanıyaq" tur-akiyasının iştirkçıları Naftalan-Sumqayıt-Mingəçevir-Abşeron və Xızı-Şabran-Siyəzən-Qubadlı-Laçın məktəbliləri Masallıda

25 mart 2019 | 16:00

25 mart 2019-cu il tarixdə, səhər və günorta vaxtlarında  Naftalan-Sumqayıt-Mingəçevir-Abşeron və Xızı-Şabran-Siyəzən-Qubadlı-Laçın  rayonlarının məktəbliləri və onların müəllimləri Masallı rayonuna səyahət ediblər.

Masallı şəhərindəki Bayraq Meydanında keçirilən qarşılanma mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaların əhəmiyyətindən danışıb, Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab R.Hüseynovun salamını və məktəblilərə xoş arzularını çatdırıb.
Məktəblilərə Masallının qədim tarixi, mədəniyyəti, adət-ənələri, turizm potensialı, əhalinin məşğulluğu və sosial-iqtisadi inkişafı barədə ətraflı məlumat verilib.
Aksiya iştirakçıları Heydər Əliyev Parkında ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində ulu öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Sonra məktəblilər Masallı Sənaye Məhəlləsi, Uşaq İncəsənət Məktəbi ilə tanış olublar, Azərbaycanın Dövlət Rəmzləri və Tarix-Diyarşünaslıq Muzeylərində nümayiş etdirilən eksponatlara baxıblar.
Tur-aksiyanın iştirakçıları Masallıdakı “Asan həyat” kompleksində keçirilən Novruz festivalına qatılıb, həmçinin rayon məktəblilərinin "İntellektual Mərkəz"də keçirilən "Breyn-rinq" yarışmasını izləyiblər.
Masallı rayonu ilə tanışlıqdan sonra tur-aksiya iştirakçıları olan Naftalan-Sumqayıt-Mingəçevir-Abşeron və Xızı-Şabran-Siyəzən-Qubadlı-Laçın
məktəbliləri Masallıdan Lənkərana qönüblər.

Keçidlər