Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Rayon İcra Hakimiyyətində könüllülərlə görüş

29 mart 2019 | 16:00

29 mart 2019-cu il tarixdə Masallı Rayon İcra Hakimiyyətində rayonun gənc könüllüləri ilə görüş keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov geniş nitqində bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Dövlət Proqramı"nda dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişini aşılamaq, təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çılxarılmasını dəstəkləmək və innovativ potensialının üzə çıxarılmasını dəstə kləmək və könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Masallı gəncləri arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi məqsədilə, müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini yaratmışdır. Bu fəalliyyətlə ilkin olaraq 20 gənc müxtəlif işlərə cəlb olunmuşdur.
Cənab R.Hüseynov çalışacaq könüllülərin fəaliyyətinə xüsusi önəm verdiyini  və  savadlı, müasir dünyagörüşlü, vətənpərvər, milli köklərə bağlı, şəxsi keyfiyyətləri yüksək olan gənc peşəkarların yeni dövrün əsas inkişaf lokomativi sayıldığını qeyd etmiş və son dövrlər dövlət qulluğunda çalışanların əksəriyyətinin məhz gənclər olduğunu bildirmişdir.
Rayon rəhbəri RİHB-nın fəaliyyəti, iş mexanizmi haqqında danışmışdır.
Tədbirdə Masallı "ASAN xidmət” mərkəzinin direktoru Vidadi Muxtarov öz çıxışında gənc könüllərin müsbət fəaliyyət nümunəsi olduğunu və bunun cəmiyyət tərəfindən yüksək qiymətləndirildiyini qeyd etmişdir.
Daha sonra tədbirə dəvət olunmuş könüllülər arasında Əli Əsədov, Savalan İmanov, Elşən Talıbov və başqaları çıxış etmiş, ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıq bildirmişlər.
Tədbirdə könüllülük fəaliyyəti ilə bağlı suallar ətrafında diskusiyalar aparılmışdır.
Tədbiri yekunlaşdıran Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab R.Hüseynov 20 gənc könüllüyə bilik, bacarıq və məsul işlərində uğurlar arzulamışdır.

Keçidlər