Şriftin ölçüsü :

Saytın rəngi :

Güllütəpə kəndindən olan Aprel şəhidimizin anım mərasimi keçirilib

04 aprel 2019 | 16:00

Azərbaycan Ordusunun uğurlu Aprel döyüşlərindən üç il keçir. 2016-cı il aprelin əvvəllərində sarsıdıcı zərbə ilə Ermənistan ordusunun çoxlu canlı qüvvəsini və hərbi texnikasını itkiyə məruz qoyan Silahlı Qüvvələrimiz bir neçə düşmən postunu məhv edərək strateji yüksəklikləri azad etdilər.
Masallıda Aprel döyüşlərinin ildönümü qeyd edilib, şəhidlərimizin anım mərasimləri keçirilib.
Aprel döyüşlərində şəhid olmuş Firdovsi Bağırzadənin doğulub boya-başa çatdığı Güllütəpə kəndində keçirilən anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil işçiləri, məktəblilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdən öncə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan qələbənin əhəmiyyətindən danışıb.
A.Qafarova şəhidin anası Sehranə İbrahimova ilə görüşüb.
Şəhidin anası Sehranə xanım ailəsinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.
Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Keçidlər