Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıdakı “Dəfinə” məktəb-liseyində Aprel döyüşçüsü ilə görüş

05 aprel 2019 | 16:00

        05 aprel 2019-cu il tarixdə Masallı Rayon İcra Hakimiyyəti və Masallı rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə Masallıdakı “Dəfinə” məktəb-liseyində Aprel döyüşlərinin iştirakçısı Əziz Cnakişizadə ilə görüş keçirilmişdir.
        Tədbiri giriş sözü ilə açan  Masallı Rayon İcra Hakimiyyəti başçısı apratının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Bəşirov tədbir iştirakçılarını salamlamış və Azərbaycan Ordusunun Aprel qələbələrinin tariximizə qızıl hərflərlə yazıldığını qeyd etmişdir.
C.Bəşirov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ötən müddət ərzində işğaldan azad olunan ərazilərdə, o cümlədən aprel qələbəsi ilə düşmən təhlükəsinin uzaqlaşdırıldığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təmir bərpa işləri aparılıb, orada yeni qəsəbə salınıb, ata-baba yurdlarından didərgin salınan insanlar geri dönüblər. Kənddə məscid tikilib, Cocuq Mərcanlı kənd məscidi dini icması fəaliyyət göstərir.
       Daha sonra Aprel doyuşlərinin iştirakçısı olmuş Masallı rayon Əzizabad kənd sakini Əziz Cankişizadə Aprel döyüşlərində ordumuzun göstərdiyi qəhrəmanlıqlardan söhbət açmışdır. Ə.Cankiçizadə bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandınımız cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində tezliklə torpaqlarından ayrı düşmüş yurddaşlarımız öz doğma vətənlərinə Şuşaya, Laçına, Kəlbəcərə, Xocalıya qayıdacaqlar.
     Tədbir Ə. Cankişizadənin şagirdlərin sullarını cavablandırması ilə davam etmişdir.

Keçidlər