Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda şagirdlər arasında “İnşa- yazı” müsabiqəsi

12 aprel 2019 | 16:00

12 aprel 2019-cu il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan SSSR əməkdar elm xadimi, tibb elmləri doktoru Akademik Zərifə xanım Əliyevanın 96-cı ildönümünə həsr olunmuş Masallı rayon ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında “İnşa-yazı” müsabiqəsi üzrə rayon birinciliyi keçirilmişdir.

Masallı rayon Gənclər və İdman İdarəsinin rəisİ Camal Manafov tədbirdə çıxış edərək Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolundan geniş söz açdı. Vurğuladı ki, görkəmli alim hər zaman öz qayğıkeşliyi və səmimiyyəti ilə insanların rəğbətini, ehtiramını qazanıb. Bildirildi ki, tarixən Azərbaycanda qadına, anaya böyük sevgi, hörmət bəslənilib. Bu da qadınların cəmiyyətimizdə nə qədər önəmli yer tutduğunu bir daha sübut edir.İdarə rəisi vurğuladı ki, Zərifə xanım respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.
Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodistləri Əkbər Balaşoğlu çixış edərək akademik Zərifə xanım Əliyevanın oftalmologiya elmi sahəsində fəaliyyətindən danışdı, müsabiqə haqqında geniş məlumat verdi. Akademik Zərifə Əliyeva eyni zamanda evinin xanımı, gözəl ana olub. Ulu öndər Heydər Əliyevə işlərində dəstək olub, istedadlı və bilikli övladlar böyüdüb. Bu sənət əsərləri də Zərifə xanımın əziz xatirəsinə ehtiramın nümunəsidir.
Daha sonra akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı.
İnşa-yazı müsabiqəsində
VIII - IX sinif şagirdləri arasında C.Cabbarlı adına Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Məmmədli Jalə Ramin qızı birinci yerə, İ.Zülalov adına şəhər 5 nömrəli tam orta məktəbin IX sinif şagirdi Kazımova Mehriban Mehman qızı ikinci yerə, Hüseynhacılı kənd tam orta məktəbinin IX sinif şagirdi Abdullayeva Məleykə Rakim qızı üçüncü yerə layiq görülmüşlər.
XI sinif şagirdləri arasında “Dəfinə”-məktəb liseyinin XI sinif şafirdi Əşrəfova Aydan Alxas qızı birinci yerə, Hüseynhacılı kənd tam orta məktəbinin XI sinif şagirdi Abdullayeva Günay Fərahim qızı ikinci yerə, C.Qasımov adına Banbaşı kənd tam orta məktəbinin X sinif şagirdi Abdulhəsənova Arzu Ramil aızı üçüncü yerə layiq görülmüşdür. Fərqləndiyinə görə isə E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbinin X sinif şagirdi Nəzərova Roya Ramil qızı diplomla mükafatlandırıldı
Müsabiqədə qalib gəlmiş bütün şagirdlər Rayon Gənclər və İdman idarəsi tərəfindən diplomla təltif olunmuşlar.

Keçidlər