Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Masallıda seminar-müşavirəsi keçirilib

24 aprel 2019 | 16:00

24 aprel 2019-cu il tarixdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bir sıra Dövlət Proqramlarının həyata keçirilməsi və icrası ilə bağlı Masallı rayonunda seminar-müşavirə keçirilib.

Gənclər Mərkəzində təşkil olunan maarifləndirmə tədbirində ümumtəhsil orta məktəblərinin və məktəbəqədər uşaq müəssisələrinin rəhbərləri, tibb işçiləri, KİV nümayəndələri iştirak ediblər.

Tədbiri  Masallı RİHB-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Kərimova açaraq qonaqları salamlayıb, ölkə rəhbəri tərəfindən uşaqların və yeniyetmələrin sağlamlığının mühafizəsi ilə bağlı verilən qanunların icrası, keçirilən maarifləndirici tədbirlər barədə ətraflı məlumat verib.

Sonra Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin UYGB-nin müdiri İqbal Səfərova çıxış edərək uşaq və yeniyetmələrdə profilaktik tibbi müayinələrin yaxşılaşdırılması,təhsil müəssisələrində su təminatın yaxşılaşdırılması , məktəblilər arasında sağlam mühit və sağlam həyat tərzi,  tütün çəkmənin, spirtli içkilərin və narkomaniyanın zərərləri barədə məlumat verib.

Respublika GEM-in həkim-gigiyenisti Narınc Orucova qida məhsullarının istifadəsi, təhsil müəssisələrində qidalanmaya nəzarət edilməsi, sanitariya-gigiyena qaydalarının və əksepidemik  rejimin gözlənilməsi barədə çıxış edib.

Masallı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin gigiyena şöbəsinin müdiri Saleh Eminbəyli, rayon təhsil şöbəsinin əməkdaşı Əyyar Bürhanov rayonda bu sahədə aparılan işlər, müəssisələrdə, xüsusən təhsil ocaqlarında həyata keçirilən tədbirlər barədə danışıblar.

Sonda iştirakçıların sualları cavablandırılıb, onlara maarifləndirici kitabçalar paylanılıb.

Keçidlər