Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan birinciliyində Masallı cüdoçuları 1 gümüş , 2 bürünc medal qazanıblar

29 aprel 2019 | 16:00

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə U 15 kiçik yaşlı yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilib.

Çərhədçi Olimpiya İdman Kompleksində təşkil edilən yarışlar dörd gün (23-26 aprel) davam edib.

Birincilikdə kiçik yaşlı yeniyetmə oğlan və qızlar mübarizə aparıblar.

Respublikanın bütün bölgələrindən və Bakı klublarından 560 idmançının qatıldığı birincilikdə Masallı Cüdo komandası Cənub bölgəsi üzrə 8 rayon arasında keçirilən zona birinciliyində nəticə qazanmış , ümumi komanda hesabında isə birinci yerə çıxmış 20 nəfər yeniyetmə cüdoçu ilə təmsil olunub.

Masallı rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Babayeva Nərmin Elçin qızı 63 kiloqram çəki dərəcəsində ikinci yerə. Digər həmyerlimiz Abışov Elmar Cəmil oğlu (66 kq), Salmanov Səfurə Qadir qızı isə bürünc medalla kifayətləniblər.

idmançılarımıza uğurlar arzulayırıq.

Keçidlər