Şriftin ölçüsü :

Saytın rəngi :

“Breyn rinq” intellektual bilik yarışı

30 aprel 2019 | 16:00

Masallıda   Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş gənclər arasında  “Breyn rinq” intellektual bilik yarışı üzrə  rayon birinciliyi keçirilib
                      29-30 aprel    2019-cu il tarixlərdə  Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə    ASAN İntellektual İnkişaf Mərkəzində  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə   həsr olunmuş 17-29 yaşlı gənclər  arasında “Breyn rinq” İntellektual bilik yarışı üzrə rayon birinciliyi  keçirilmişdir.
           Tədbiri giriş sözü ilə açan  Masallı  rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov “Breyn rinq” intellektual bilik yarışının  keçirilməsinin məqsədi və məramı barədə  məlumat verdi. Camal Manafov, Ümummilli lider Heydər Əliyevin keçdiyi və hər bir gəncə örnək ola biləcək şərəfli ömür yolundan, onun Azərbaycan gəncliyinin hərtərəfli inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan danışaraq bildirdi ki, bu gün Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı ölkə başçısı cənab Prezident İlham Əliyev hər bir sahədə olduğu kimi  Azərbaycan gənclərini  də öz diqqət mərkəzində  saxlayır.Bu qayğını hiss edən gənclərimiz nəinki ölkədə ümumiyyətlə ölkə hüdudlarından kənarda da Respublikamızı layiqincə təmsil edirlər.   
           Təhsil Şöbəsinin metodisti Abbas Abbaszadə   çıxış edərək Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi  dövrdə elmə və təhsilə göstərdiyi xüsusi diqqət və qayğıdan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı gördüyü işlərdən söz açdı.

         “Breyn-rinq” intellektual oyununun rayon çempionatı təşkilatçılar tərəfindən təsdiq olunmuş əsasnaməyə uyğun olaraq keçirilmişdir.
           Gərgin və maraqlı  şəraitdə keçən bilik mübarizəsində  gənc müəllimlərlə yanaşı ASAN könüllülərdən ibarət bir komanda da  öz intellektual bilik səviyyələrini sınamışlar. Yarışın sonunda I yeri   “Viktoriya” komandası ( Ağazadə Şəlalə, Əsgərova Gülər , Əhmədov Şahin , Dadaşlı Orxan , Cəfərli Xalis , Ağayeva Sara ),      II yeri “Uğur” komandası (Əbülfəzova Sevil , Novruzov Qorxmaz, Qurbanov Ceyhun, Alışlı Əli, Zeynallı Tağı, Əsgərli Nahidə), III yeri isə  “Xəmsə”  komandası (Möhsümova Aytən,Cəfərli Günül, Abdullayev Abdulla, Mahmudova Röya,Quliyev Ümid,Kərimli Şəmruz)  tutmuşdur.
 
        Qalib komandalar Rayon  Gənclər və İdman  İdarəsi tərəfindən kubok və  diplomlarla mükafatlandırılmışdır.

Keçidlər