Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş futbol üzrə Rayon turnirinə yekun vuruldu

06 may 2019 | 16:00

26 aprel 2019-cu il tarixdən Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Banbaşı kənd stadionunda start götürən  Aprel şəhidlərinin əziz xatirəsinə  həsr olunmuş  gənclər arasında futbol üzrə  rayon turnirinə yekun vuruldu   .
      Tədbir iştirakçıları öncə aprel döyüşlərində həlak olmuş bütün şəhidlərin əziz xatirəsini   1 dəqiqəlik sükutla yad ediblər.
        Turnirin keçirilməsində əsas məqsəd rayon gənclərinin asudə vaxtlarının düzgün və səmərəli təşkili, aprel döyüşlərində həlak olmuş şəhidlərimizin əziz xatirəsini yad etmək, onların ailələrinə mənəvi dəstək olmaq, gənclərə vətənpərvərlik hisslərinin aşılanması və sağlam həyat tərzinin təbliğ olunmasından ibarətdir.
        Məlumat üçün bildirək ki, bir ay   ərzində gərgin idman mübarizəsi şəraitində keçən turnirdə ümumilikdə 12 komandanın 150 idmançısı iştirak edib.
     Final qarşılaşması Banbaşı kənd futbol meydançasında  Binə Xocavar kənd komandası  və Böyük Xocavar kənd komandası  arasında olub.
      Qalib komanda adına isə 2:1 hesabı ilə Binə Xocavar kənd  komandası layiq görülüb.
      Sonda  Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən müxtəlif nominasiyalar üzrə turnirdə iştirak edən idmançılara Diplomlar  təqdim olunub.

Keçidlər