Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda cüdo idman növü üzrə rayon birinciliyi

06 may 2019 | 16:00

05-06 may 2019-cu il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının birgə təşkilatçılığı Masallı cənub cüdo təlim mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 69-cı ildönümünə həsr olunmuş yeniyetmələr arasında cüdi idman növü üzrə Masallı rayon birinciliyi keçirilib

Tədbirin mükafatlandırılma mərasiminda Masallı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Oktay Mütəllimov çıxış edərək əvvəlcə rayon gənclər və idman idarəsinin rəisi Camal Manafovun adından idmançıları salamlamış onlara bu yarışda uğurlar arzulamışdır. Sonar bildirdimişdir ki, Ulu öndər Heydər Əliyev daima idmançılarımızı öz diqqət mərkəzində saxlamış onlara həmişə diqqət və qayğı ilə yanaşmışdır .Məhz onun sayəsində Azərbaycan bu gün idman ölkəsinə çevirilmiş və dünya arenasında lider dövlətlər arasında öncül sıralarda yer almışdır.

Tədbirdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı danışıb.Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev gənc idmançılar qarşısında Ulu öndər Heydər Əliyevin gənclər və idman siyasətinin davamlı olaraq yüksək nəticələrlə bu gün də davam etməsindən, ümummilli liderin xilaskarlıq missiyasını qəhrəmanlıq səviyyəsində həyata keçirməsindən bəhs edib. Sonra idmançılarımıza daima uca zirvələri fəth etməyi Azərbaycan bayrağını yüksək arenalarda dalğalandırmağı arzuladı

11 çəki dərəcəsində 100 nəfərə yaxın idmançının iştrakı ilə keçirilən yarış olduqca gərgin və mübarizə şəraitində keçirilmişdir. İki gün davam edən yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

Keçidlər