Şriftin ölçüsü :

Saytın rəngi :

TƏBRİK EDİRİK!

27 may 2019 | 16:00

25 may 2019-cu il tarixdə Təhsil Nazirliyinin tabeliyindəki İlyas Əfəndiyev adına Elitar gimnaziyada Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib.

Olimpiada Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, biologiya, kimya, fizika və riyaziyyat fənləri üzrə təşkil olunub.
Fənn Olimpiadalarında IX-XI siniflər üzrə Masallı rayon ümumtəhsil məktəblərini təmsil edən Qızılağac kənd 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Səfərli Toğrul Əhməd oğlu coğrafiya fənni üzrə I yeri qazanaraq qızıl medala, Sığdaş kənd tam orta məktəbin XI sinif şagirdi Sadıxova Şəhla Zöhrab qızı Azərbaycan dili və ədəbiyyatı fənni üzrə III yeri qazanaraq bürünc medala layiq görülmüşlər.

Keçidlər