Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi

30 may 2019 | 16:00

29-30 may 2019-cu il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə ASAN İntellektual İnkişaf Mərkəzində “28 May Respublika Günü”nə həsr olunmuş yeniyetmələr arasında “Breyn rinq” İntellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilmişdir.

Yarışın əsasnaməsinə uyğun olaraq “Bilik” yarışında Masallı rayon tam orta və ümumi orta məktəblərində təhsil alan VII- IX sinif şagirdləri komanda şəklində iştirak etmişdir.

Yarışın mükafatlandırma mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək 28 May Respublika günü münasibətilə iştirakçıları təbrik etmiş və eyni zamanda yarışın keçirilməsində məqsədin yetişməkdə olan gənc nəsli dövlətçilik, Azərbaycan xalqının tarixinə, dövlət rəmzlərinə hörmət ruhunda tərbiyə etmək və şagirdlər arasında intellektual səviyyəni yüksəltmək, onların bilik və bacarıqlarını artırmaqdan ibarət olduğunu bildirib.

Tədbirdə Rayon Təhsil şöbəsinin metodisti Abbas Abbaszadə çıxış edərək “28 May Respublika Günü” münasibəti ilə iştrakçıları təbrik etmiş və onlara bu yarışda uğurlar arzulamışdır.

Gərgin və mübarizə şəraitdə keçən bilik mübarizəsinin sonunda I yeri R.Əzizov adına Yeddioymaq 1 nömrəli tam orta məktəbin “Fortuna” komandası, II yerə Q. Babayev adına Mahmudavar kənd ümumi orta məktəbinin “Günəş” komandası , III yerə isə Ə.Məmmədov adına Öncəqala kənd tam orta məktəbinin “Zəfər” komandası layiq görülmüşdür. Fərqləndiyinə görə isə Q. Babayev adına Mahmudavar kənd ümumi orta məktəbinin şagirdi Şahverdiyev Cavid Siyasət oğlu, R.Əzizov adına Yeddioymaq 1 nömrəli tam orta məktəbinin şagirdləri Quliyeva Gövhər Ramil qızı, Quliyeva Zabitə Ramil qızı, Ə.Məmmədov adına Öncəqala kənd tam orta məktəbinin şagirdi Vəliyev Hilal Gündüz oğlu Rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanı ilə mükafatlandırılmışdır.

Qalib komandalar Rayon Gənclər və İdman İdarəsinin kubok və diplomlarla təltif edilmişdir.

Keçidlər