Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda xeyriyyə aksiyası

07 iyun 2019 | 16:00

06 iyun 2019-cu il tarxdə Ramazan bayramı günlərində Masallı şəhər Bioloji Təbabət Klinikasında keçirilən xeyriyyə aksiyasında 15 yaşadək 30 uşaq sünnət olunub.

Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən ənənəvi  tibbi aksiyada 3 həkim-cərrah - Qeyrət Xəlilov, Fəxrəddin Nəzərov, Qələmşah Əsgərov, 8 orta tibb işçisi personalı cəlb edilib.
Uzaq məsafədə yaşayan ailələr avtonəqliyyatla təmin olunub.
Rayon sakinləri aksiyanın təşkilindən razılıqlarını bildiriblər.
Xıl kənd sakini Tağı Abdullayev sevincini belə ifadə edib deyir ki, nəvəm Yunusu sünnət etdirməyə gətirmişəm. Çox sevinirəm. Bu aksiya Ramazan bayramı günündə bizə böyük hədiyyədir. Humanitar aksiyanın təşkilatçılarına, burada iştirak edən tibb işçilərinə minnətdarlığımı bildirirəm.
Viləş kənd sakini Feyzulla Musayev də söhbətə qoşularaq nəvəsi Zaurun sünnət etdirdiyini söyləyib bildirb ki, hər bir müsəlman oğlan övladını sünnət etdirməlidir. Bu, çox vacibdir. Bu gün rayonun bütün aztəminatlı ailələrinə belə bir imkan yaradılıb. Mən də bu imkandan yararlandım. Xeyriyyə aksiyanın bütün iştirakçılarına təşəkkür edirəm.
Qeyd edək ki, Masallı şəhər bioloji xəstəxanasında keçirilən xeyriyyə aksiyasında 30 uşaq sünnət olunub. X eyriyyə aksiyasında iştirak edən uşaqlar uğurlu əməliyyatdan sonra həkimlərin və valideynlərinin müşayiətilə evlərinə yollanıblar.
Müasir üslubda tikilmiş və az vaxtda vətəndaşların hörmətini qazanan  bioloji xəstəxananın tibb personalı həvəslə işləyirlər. Bu bayram günlərində keçirilən xeyirxah aksiya gələcəkdə də davam etdiriləcək.

Keçidlər