Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qurtuluş Günü münasibəti ilə konsert proqramı

14 iyun 2019 | 16:00

14 iyun 2019-cu il tarixdə Masallı şəhər Heydər Əliyev Parkında Milli Qurtuluş Günü münasibəti ilə konsert proqramı təqdim edilmişdir.

Bayram tədbiri axşam saatlarında Heydər Əliyev Parkında respublikanın tanınmış incəsənət ustaları -
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin müəllimi, Əməkdar artist Səidə Şərifəliyeva, tanınmış müğənni İzzət Bağırov, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin tələbəsi Fidan Həmzəyeva və Nəzakət Veysəlova, Masallı Rayon Mədəniyyət Mərkəzinin solistləri Atamoğlan Zahidov, Şamo İbayev, Miriş Hüseynov, Məlahət Əzizli, Firudin Səfərov, Ruslan Zahidov, baletmestr Gündüz Babayev, "Halay" folklor və "Masallı" rəqs kollektivlərinin iştirakı etdiyi rəngarəng konsert proqramı ilə davam edib.
Qeyd edək ki, möhtəşəm bayram tədbirində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, idarə və müəssisə rəhbərləri, hüquq- mühafizə orqanlarının əməkdaşları, məktəblər, rayonun tanınmış ictimaiyyətçiləri, KİV nümayəndələri iştirak ediblər.

Keçidlər