Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı məktəblilərinin futbol uğuru

19 iyun 2019 | 16:00

Coca-Colanın sponsorluğu və AFFA-nın rəhbərliyi ilə təşkil olunan VII sinif şagirdləri arasında məktəbli kuboku üzrə ümumrespublika futbol yarışı kecrilib. Bu yarışda 2700 məktəb iştirak edib. Masallı şəhər 4 nömrəli Digah tam orta məktəbinin VII sinif şagirdlərindən ibarət olan komanda rayon üzrə 50 məktəb arasında I yeri qazanaraq, zona birinciliyinə vəsiqə qazanmış və Cənub zonası üzrə beş rayon arasında birinci yeri tutmuşdur. Şirvan şəhərində keçirilən 8/1 finalda Beyləqan və Kürdəmir komandalarına qalib gələrək, 4/1 finalda Abşeron, 2/1 finalda isə Xəzər komandasını məğlub etmişdir. 19 iyun tarixdə Masallı Olimpiya İdman Kompleksində Ağdamın 18 nömrəli Quzanlı məktəbinin komandası ilə finalda görüşmüş və 5-0 hesabı ilə qalib gələrək, Respublika birincisi olmuşdur.

Keçidlər