Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı karateçiləri 7 qızıl ,6 gümüş və 3 bürünc medal qazanıb

23 iyun 2019 | 16:00

21-23 iyun 2019-cu il tarixlərdə Şəki rayonunda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən Sindo-ryu və pençak silat idman növü üzrə Ümummilli lider Heydər Əliyev xatirəsinə həsr olunmuş XIII Ölkə birnciliyi və çempionatı keçirilib.

Yarışlarda respublikanın müxtəlif şəhər,rayon, klub və idman cəmiyyətini təmsil edən idmançəlar mübarizə aparıb. Şəki Olimpiya İdman Kompleksində təşkil edilən yarışlarda uğrla çıxış edən Masallı rayon idmançılarından ,Əhədov Allahyar Afər oğlu 24 kq çəki dərəcəsində I yerə, Həsənzadə Kamran Afdandil oğlu 22 kq çəki dərəcəsində I yerə, Eynalov Heydər Taleh oğlu 70 kq çəki dərəcəsində I yerə, Abışov Əmrah Mübariz oğlu 55 kq çəki dərəcəsində I yerə, İsayev Saqif Sadıq oğlu 32 kq çəki dərəcəsində I yerə, İsayev Saday Sadiq oğlu 28 kq çəki dərəcəsində I yerə, Əliyev Zamin Simran oğlu 75 kq çəki dərəcəsində I yerə layiq görülərək fəxri kürsünün ən yüksək pilləsinə sahib olmuşlar.

Digər idmançılarımızdan Quliyev İlkin Daməd oğlu 46 kq çəki dərəcəsində II yerə, Kosayev Mahir Neymət oğlu 55 kq çəki dərəcəsində II yerə, Bağırov Məhəmməd Şahin oğlu 22 kq çəki dərəcəsində II yerə, İsayev Mirrəvan Mirələm oğlu 34 kq çəki dərəcəsində II yerə, Tağıyev Murad Mirağa oğlu 38 kq çəki dərəcəsində II yerə, Məmmədov Loğman Qalib oğlu 35 kq çəki dərəcəsində II yerə ,Fərəcov Rəvan Firdovsi oğlu 58 kq çəki dərəcəsində III yerə, Rəhmanov Elnur Cəlil oğlu 57 kq çəki dərəcəsində III yerə, Səfərov Murad Asəf oğlu 35 kq çəki dərəcəsində III yerə layiq görülmüşlər. iki İdmançımız Əhədov Allahyar Afər oğlu və Abışov Əmrah Mübariz oğlu il ərzində əldə etdiyi nəticələri nəzərə alınaraq yığma komandanın tərkibinə daxil edilmişdir.

Keçidlər