Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayonunda “Azərbaycan ailəsi” mövzusunda konfrans keçirilib

03 iyul 2019 | 16:00

03 iyul 2019-cu il tarixdə Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Masallı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Masallı rayonunda “Azərbaycan ailəsi” mövzusunda konfrans keçirilib.

Tədbirdə Fondun şöbə müdiri Hatəm Gülməmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Qəşəm Hadıyev, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloqu Fərrux Səmədov, ziyalılar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanmış "Ailə dəyərləri" filmi nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov qeyd edib ki, Azərbaycan xalqı üçün milli-mənəvi dəyərlər hər zaman mühüm əhəmiyyət kəsb edib. Elə bu səbəbdən də ailə tarixən hər bir azərbaycanlı üçün müqəddəs hesab olunub.
Fondun şöbə müdiri Hatəm Gülməmmədov bildirib ki, xalqımız hər zaman ailə dəyərlərini, ailə ləyaqətini hər şeydən uca tutmuş və bu bizim milli adət-ənənəyə çevrilmişdir. Biz bu qiymətli sərvəti yad təsirlərdən qorumaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək zənginləşdirməli, gənc nəsli sağlam ruhda tərbiyələndirməliyik.
“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloqu Fərrux Səmədov diqqətə çatdırıb ki, cəmiyyət üçün sağlamdüşüncəli, sağlaməxlaqlı insanların yetişdirilməsi ailədən başlayır. Sağlam cəmiyyətin, güclü dövlətin formalaşması və inkişafında mühüm vasitə olan ailə insanların bütün yaş dövrlərində ehtiyac duyduqları ən ali dəyərdir.
Dövlətin əsasını sağlam ailələrin təşkil etdiyini qeyd edən Masallı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Qəşəm Hadıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi siyasətin ailələrin rifahının yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə xidmət etdiyini bildirib.
Konfransın yekununda iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər