Şriftin ölçüsü :

Saytın rəngi :

“Azəriqaz” İstehsalat Birliyinin birliyinin baş direktor müavini Masallıda vətəndaşların müraciətlərini dinləyib

04 iyul 2019 | 16:00

4 iyul 2019-cu il tarixdə Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azəriqaz” İstehsalat Birliyinin birliyinin baş direktor müavini Ruslan Əliyev Masallıda vətəndaş qəbulu keçirib.
Qəbulda Masallı rayonundan olan vətəndaşların müraciətlərinə baxılıb. Vətəndaşların müraciətlərinin əksəriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, işə qəbul, qaz xətlərinin yerinin dəyişdirilməsi və müxtəlif məsələlərlə bağlı olub.
“Azəriqaz” İstehsalat Birliyinin birliyinin baş direktor müavini Ruslan Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Birliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılması üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
Masallı sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat, əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər