Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı şəhərinin “ASAN Həyat”ında möhtəşəm "Yay festivalı"

03 avqust 2019 | 16:00

ASAN Könüllüləri təşkilatı və ASAN Radionun birgə təşkilatçılığı ilə "Yay festivalı" keçirilib.

Masallı “ASAN Həyat” kompleksində baş tutan tədbirdə həmyerlimiz müğənnilər - Sevil-Sevinc bacıları və dj Roşka çıxış ediblər. ASAN Radionun direktoru Emin Musavi bildirib ki, Yay festivalları davamlı olacaq. Festival Masallılar tərəfindən rəğbətlə qarşılanıb. Minlərlə insan tədbirə qatılıb. Onlar səhnəyə çıxaraq fotolar çəkdirir, tədbirdə çıxış edənlərə daha yaxın olmağa çalışıblar. Yay festivalına “ASAN xidmet”in Rəqəmsal Könüllüləri də qatılıblar. Onlar festival iştirakçılarını elektron hökumət, elektron dövlət xidmətləri, elektron ödənişlər və elektron xidmətlərdən istifadənin üstünlükləri barədə məlumatlandırıblar. Masallı “ASAN Həyat” kompleksində  keçirilən “Yay festivalı”na masallılarla yanaşı, başqa qonşu və ətrasf rayonlardan da gələnlər olub. Qeyd edək ki, Masallı “ASAN Həyat” kompleksində “Yay festivalı” “ASAN Könüllüləri” təşkilatı və ASAN Radionun birgə təşkilatçılığı ilə keçirilib.

Keçidlər