Şriftin ölçüsü :

Saytın rəngi :

Gömrük Komitəsinin sədri Masallıda vətəndaşları qəbul etdi

30 avqust 2019 | 16:00

30 avqust 2019-cu il tarixdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Masallı şəhərində Masallı və Lənkəran rayonlarından olan vətəndaşları qəbul edib.

Komitə sədri qəbuldan öncə ulu öndər Heydər Əliyevin Masallı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Qəbulda vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər əsasən idxal-ixrac əməliyyatları zamanı rəsmiləşdirmə, gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbullar zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Keçidlər