Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda keçirilən mini futbol turnirinə yekun vuruldu

30 avqust 2019 | 16:00

30 avqust 2019-cu il tarixdə Ərkivan qəsəbəsinin futbol meydançasında Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən veteran idmançı Rafiz Məmmədovun xatirəsinə həsr olunmuş böyüklər arasında mini futbol üzrə ikinci rayon turniri başa çatıb.

15 avqust 2019-cu il tarixdə start verilmiş turnirdə 8 komanda mübarizə aparıb.
Final görüşündə Masallı şəhərinin “Qartallar” və Kolatan kəndinin “Ümüd” komandaları qarşılaşıblar. “Qartallar” komandası rəqibini 1:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Turnirdə ilk üç yeri tutan komandalara və fərqlənən idmançılara Rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları və diplomlar, “Qartallar” komandasına isə kubok təqdim edilib.

Keçidlər