Şriftin ölçüsü :

Saytın rəngi :

Nazir müavini Masallıda vətəndaşları qəbul etdi

30 avqust 2019 | 16:00

30 avqust 2019-cu il tarixdə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev Masallı rayonundan olan vətəndaşları qəbul edib

Qəbul zamanı ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasına, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər