Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayonunda icbari tibbi sığorta haqqında maarifləndirmə tədbiri

06 sentyabr 2019 | 16:00

06 sentyabr 2019-cu il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində “Sağlamlığa xidmət” İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İlkin səhiyyə xidməti sahəsində çalışan tibb işçilərinin və ümumi əhalinin icbari tibbi sığorta mexanizmi barədə məlumatlılığının artırılması” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinion məsul nümayəndələri, rayon və şəhər dairə inzibati ərazi nümayəndəliyinin rəhbərləri, təhsil və mədəniyyət işçiləri, məktəb və uşaq bağçalarının direktorları, rayon Mərkəzi Xəstəxanasının tibb heyəti və rəhbərliyi, vərəm əleyhinə xəstəxananın nümayəndələri və rəhbərliyi, rayon ərazisində fəaliyyət göstərən sahibkarlar, yerli QHT-lər, Azərbaycan Qızıl Aypara cəmiyyətinin regional bölmə əməkdaşları, digər maraqlı şəxslər və media nümayəndələri iştirak ediblər.
Tədbirin məqsədi iştirakçıları 1 yanvar 2020-ci ildən bütün ölkədə tətbiq olunacaq İcbari Tibbi sığorta sistemi barədə məlumatlandırmaq idi.
Masallı RİH-nin məsul nümayəndəsi Nigar Kərimova tədbir iştirakçılarını və qonaqları Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun adından salamlayaraq icbari tibbi sığorta sistemi haqqında maarifləndirmə tədbirini təşkilinə görə minnətdarlığını bildirib.
Masallı vərəm əleyhinə xəstəxananın baş həkimi Mirrəhim Nəbiyev icbari tibbi sığortanın tətbiqinin Azərbaycanda səhiyyə sistemlərinin təkmilləşdirilməsinə, ailə həkimliyi, o cümlədən vərəm kimi bir çox xəstəliklərin erkən fazada aşkar olunmasında mühüm rol oynayan ilkin səhiyyə xidmətlərinin yaxşılaşdırılmasına təkan verəcəyini bildirdi. Daha sonra “Sağlamlığa xidmət” İctimai Birliyinin sədri Elçin Muxtarlı tədbir iştirakçılarını salamladı və tədbirin önəmindən söz açdı.
“İlkin səhiyyə xidməti sahəsində çalışan tibb işçilərinin və ümumi əhalinin icbari ttbbi sığorta mexanizmi barədə məlumatlılığının artırılması” layihəsinin rəhbəri Pərvanə Vəliyeva icbari tibbi sığorta haqqında əhatəli təqdimatla çıxış etdi.
Sualları həkim-ekspert Samirə Muxtarova və Pərvanə Vəliyeva tərəfindən cavablandırıldı. Tədbir iştirakçılarının Sığorta mexanizmi barədə irad və təklifləri qeyd edildi və layihənin sonunda hesabat şəklində aidiyyəti dövlət qurumuna təqdim olunacaqdır.
Daha sonra tədbirdə iştirak edən “İnkişafa doğru qadın təşəbbüsləri” İctimai Birliyinin sədri Ziba Nəbiyeva icbari tibbi sığorta sisteminin ölkə əhalisinin sosial rifahını və sağlamlığını yaxşılaşdıracağını qeyd edərək, hər kəsi bu sistemin iştirakçısı olmağa dəvət etdi.
Azərbaycan "Qızıl Aypara" cəmiyyətinin layihə koordinatoru Mətanət Qaraxanova İcbari tibbi sığortanın ölkəmiz üçün əhəmiyyətindən danışaraq, bu islahatın nəticəsi olaraq tibb işçilərinin nüfuzunun və əmək haqlarının artırılmasının sevindirici hal olduğunu qeyd etdi.
Sonda layihə çərçivəsində hazırlanmış maarifləndirici sosial videoçarx nümayiş olundu.
Tədbir Masallı rayon Milli parkında və digər ictimai məkanlarda səyyar maarifləndirmə ilə davam etdi, əhaliyə maarifləndirici bukletlər paylanılmaqla yanaşı, onların icbari tibbi sığorta sisteminə münasibəti və təklifləri öyrənildi.

Keçidlər