Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Tariximizi öyrənək və təbliğ edək” mövzusunda ekskursiya

17 sentyabr 2019 | 16:00

17 sentyabr 2019-cu il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı rayon Rəhim Tağıyev adına Tarix-Diyarşünaslıq muzeyində milli-mədəni irsin təbliği və təbiətin gənclər arasında tanıdılması məqsədi ilə “Tariximizi öyrənək və təbliğ edək” mövzusunda ekskursiya təşkil edilmişdir.

Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək iştirakçıları salamlamış və cənab Prezident İlham Əliyevin gənc nəslə xüsusi diqqət yetirdiyindən, onlara hər bir sahədə göstərilən diqqət və qayğıdan, Rrespublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmış və qeyd etmişdir ki, bu günkü ekuskursiyanın əsas məqsəd yetişməkdə olan gənc nəslə Azərbaycanın tarixini tanıtmaq, keçmişə sevgi və qayğı aşılamaqdır. Azərbaycanın tarixini, mədəniyyətini, ədət-ənənələrini özündə ehtiva edən nümunələrinin öyrənilməsi və təbliği bu baxımdan xüsusi önəm daşıyır.

Sonra Masallı rayon Rəhim Tağıyev adına Tarix-Diyarşünaslıq muzeyin direktoru Əntiqə Tağiyeva və muzeyin əməkdaşı bərpaçı rəssam Lələyeva Heyran gəncləri muzeydə olan eksponatlar ilə tanış edərək rayon ərazisində aparılan arxeoloji tapıntılar zamanı əldə olunmuş, tariximizi əks etdirən maddi-mədəniyyət nümunələri haqqında geniş məlumatlar vermişlər. Bundan başqa müəyyən dövrlərdə hazırlanmış zərgərlik, dulusçuluq, xalçaçılıq və s. əşyalar muzeydə nümayiş olunur. Muzeyin ekspozisiya zalında nümayiş olunan müxtəlif stendlər vasitəsilə rayonun sosial-iqtisadi inkişaf göstəriciləri, tarixi abidələri, görkəmli şəxsiyyətləri, qəhrəmanlıq göstərən şəhidləri barədə geniş informasiya əldə etmək mümkündür..

Sonda gənclərimiz rayonumuzun tarixi və keçmişini gənc nəsillərə öyrədilməsi və çatırılmasında göstərdiyi xidmətə görə muzeyin direktoru və işçilərinə öz minnətdarlığlarını bildirdilər

Keçidlər