Şriftin ölçüsü :

Saytın rəngi :

Həsənli ərazisinin Köçəkli kəndində səyyar görüş - qəbulu

18 sentyabr 2019 | 16:00

    18 sentyabr 2019-cu il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulu Həsənli ərazisinin Köçəkli kəndində keçirilmişdir. Səyyar görüş - qəbulda 150-ə yaxın kənd sakini iştirak etmişdir.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı fərman və sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib. O cümlədən cənab Prezidentin tapşırığına əsasən Masallı rayonunda görülən işlər barədə ətraflı məlumat vermişdir.
   Sonra rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
   Ərazi sakinlərindən Yəhya Mirzəyev, Arif Kərimov, Qızdarağası Əliyeva, Yusif Hüseynov və başqaları, elektrik dirəklərinin təmiri, sürətli internetin verilməsi, pay torpaqlarının kooperativ şəkildə birləşməsi, uşaq bağçasının tikilməsi, yolətrafı yerlərdə əkilmiş ağaclara qulluq və s. ilə bağlı məsələləri gündəmə gətirmişlər. Çıxış edənlər həmçinin sosial-iqtisadi sahədəki uğurlara, həmçinin kənd yollarının asfaltlaşdırılması, fasiləsiz qaz və işığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq bildirmişlər.
   Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.

Keçidlər