Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Məntiq-2019” intellektual bilik yarışı

19 sentyabr 2019 | 16:00

19-20 sentyabr 2019-cu il tarixlərdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında “Məntiq-2019” İntellektual bilik yarışı üzrə Rayon birinciliyi keçirilmişdir.

Tədbirin mükafatlandırma mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək xüsusilə vurğulayıb ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərlə bağlı imzaladığı sərəncamlar, qəbul etdiyi dövlət proqramları gənclərin hərtərəfli inkişafına yönəlib. Məhz cənab Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdir etdiyi “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı da gənclərin hərtərəfli inkişafı üçün atılmış addımlardan biridir.
Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodisti Abbas Abbaszadə çıxış edərək iştrakçıları salamlamlş və bu səpgidə keçirilən tədbirlər gənclərin intelekt bilik səviyyələrinin artmasına, onların vətənpərvərlik ruhunda inkişafına köməklik etdiyini bildirmişdir.
Gərgin şəraitdə keçən bilik mübarizəsinin sonunda I yeri Şəhər 5 saylı tam orta məktəbin yeniyetmələrdən ibarət “Viləş” komandası, II yeri E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbin yeniyetmələrdən ibarət “Hişkədərə” komandası , III yeri C.Qasımov adına Banbaşı kənd tam orta məktəbinin yeniyetmələrdən ibarət “Vendetta” komandası layiq görülmüşdür. Şəhər 2 saylı tam orta məktəbin yeniyetmələrdən ibarət “Qarabağ” komandası xüsusi fəallığına görə diplomla mükafatlandırıldı.
Sonda qalib komandalar Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif edilmişdir

Keçidlər