Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Bankının Regional Direktoru cənab Sebastian Molineus Masallıda

27 sentyabr 2019 | 16:00

Dünya Bankının Regional Direktoru cənab Sebastian Molineus Azərbaycan Kənd Qadınları Assosiasiyasının Bərdə, Ağcabədi, Ağdam, Neftçala, Imişli, Saatlı, Masallı və Lənkəran rayonlarında fəaliyyət göstərən 8 Qadın İnkişaf və Müəssisə Qrupunun nümayəndələri ilə görüş keçirdi (See the translation below) Görüşə Masallı rayonunun Çaxırlı kəndində fəaliyyət göstərən “CƏNUB” Qadın İnkişaf və Müəssisə Qrupu ev sahibliyi etdi. Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov, Aqrar Kreditlər və İnkişaf Agentliyinin Sədri Mirzə Əliyev, Dünya Bankının Azərbaycandakı Ölkə Meneceri Navid Naqvi və Əməliyyatlar üzrə baş Mütəxəssis Səidə Bağırlı da Assosiasiya üzvləri ilə görüşdə iştirak edirdi. Görüş zamanı qadın özünə-kömək qrupları modelinin kənd qadınlarının sosial və iqtisadi inkişafındakı rolu, nailiyyətlər və Assosiasiyanın inkişaf perspektivləri müzakirə edildi.

Keçidlər