Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Tekvando idman növü üzrə açıq rayon birinciliyi

07 oktyabr 2019 | 16:00

Masallıda 18 oktyabr “Dövlət Müstəqillik Günü” nə həsr olunmuş tekvando idman növü üzrə açıq rayon birinciliyi

06-07 oktyabr 2019-cu il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı rayon Taekvondo Mərkəzində 18 oktyabr Dövlət Müstəqillik Gününə həsr olunmuş uşaq və yeniyetmə oğlan və qızlar arasında taekvondo idman növü üzrə açıq rayon birinciliyi keçirilmişdir.

Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən birinciliyə respublikanın bölgələrində fəaliyyət göstərən taekvondo bölmələrində məşğul olan və müvafiq hazırlığa malik olan 23 çəki dərəcələrində idmançılar qatılıb. Belə ki, 150 nəfərə yaxın idmançının iştirak etdiyi birincilik iki gün davam etmişdir.

Tədbirin Mükafatlandırma mərasimində çıxış edən Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İdman və İdmançılara göstərdiyi diqqət və qayğısından danışaraq , yarışın keçirilməsində əsas məqsəd idmançıların fiziki sağlamlığının artırılması, onların mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması,asudə vaxtlarının səmərəli təşkili,yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması, dostluq əlaqələrinin təbliği, idmanın kütləviliyinə nail olmaq, respublikada, eləcə də Masallı rayonunda taekvondo idman növünün geniş təbliği, uşaq və yeniyetmələrin bu idman növünə marağın artırılması və inkişaf etdirilməsindən ibarət olduğunu bildirdi .

4 yaş qrupu üzrə keçirilən yarşda 13 komanda tərkibində — cənub bölgəsindən Masallı (2 komanda), Lənkəran (3 komanda) , Yardımlı , Cəlilabad rayonlarının idmançıları ilə yanaşı Bakı (2 komanda), Sumqayıt (2 komanda), Şirvan və Tovuz, şəhər və rayonlardan olan idmançılar da tatami üzərində öz güclərini sınamışlar.Yarışın yekununda Masallı rayonu I yerə, Lənkəran rayonu II yerə, Sumqayıt şəhəri III yerə layiq görülmüşlər

Yarışlarda qalib gələn idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılmışlar.

Keçidlər