Şriftin ölçüsü :

Saytın rəngi :

Banbaşı ərazisində 9 Noyabr- Dövlət Bayraq günü

02 noyabr 2019 | 16:00

Masallı rayonunun Bambaşı kənd Cavanşir Qasımov adına tam orta məktəbində “9 Noyabr- Dövlət Bayraq günü”ilə əlaqədar tədbir keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Sonra tədbiri giriş sözü ilə Masallı rayonunun Bambaşı kənd Cavanşir Qasımov adına tam orta məktəbinin direktoru Azadəli Vəliyev açıb. O, tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib və Dövlət Bayrağı günü haqqında məlumat verib.Bildirib ki,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2009 - cu il noyabrın 17- də Dövlət Bayrağı gününün təsis edilməsi haqqında Sərəncam imzalamışdır. Məhz bu Sərəncama uyğun olaraq noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı günü kimi təntənə ilə qeyd olunur. Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan Dövlətinin suverenliyi rəmzidir. Bayraq bizim milli dəyərimizdir.
Aparıcı Dövlət Bayrağımızın yaranma tarixindən,bayrağın üzərindəki rənglərin anlamlarından və 2010-cu il sentyabr ayının 1-də Bakıda Dövlət Bayraq meydanında dünyanın ən böyük bayrağının paytaxtımızın səmasında dalğalanmasından danışdılar.
Məktəbin fəal şagirdləri” Bayraq günü” ilə əlaqədar şeirlər söyləyib, səhnəciklər təqdim edib, mahnılar ifa edilbər.

Keçidlər