Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda dünyaya təzə göz açmış körpələrin valideyinləri təbrik olunub

09 noyabr 2019 | 16:00

09 noyabr 2019-cu il tarixdə “9 noyabr - Dövlət Bayrağı Günü” ilə əlaqədar rayon Mərkəzi Xəstəxanasında təzə dünyaya göz açan körpələrin gənc valideynləri - Röyal Səfalı oğlu Kərimov və Çimnaz Əli qızı Kərimova (Təzə Alvadı kənd sakinləri) və Vəkilağa Cəlil oğlu Tağıyev və Fatimə Nazim qızı Tağıyeva (Ərəb kənd sakinləri) ilə görüş keçirilib.

        Görüşdə Masallı Rayon İcra Hakimiyyətinin məsul işçisi Nigar Kərimova, rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, Mərkəzi Xəstəxananın baş həkimi Cəlil Nəzərov iştirak ediblər. Dünyaya təzə göz açmış körpələrin valideyinləri təbrik olunub. Məhz əlamətdar gün - Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov körpələrin valideyinlərini, gənc ailələri təbrik edib və bildirib ki, bu gün uşaqlar ölkə rəhbəri cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın hər an qayğıları ilə əhatə olunublar. Bu gün dünyaya gələn körpələr gələcəkdə Dövlətimizə, millətimizə layiqli gənclər olsunlar, hər zaman Dövlət bayrağımızı uca zirvələrdə dalğalandırsınlar.
       Sonda Kərimovlar və Tağıyevlər ailəsində dünyaya göz açmış körpələrin valideyinlərinə qiymətli hədiyyələr və üçrəngli Azərbaycan Bayrağı hədiyyə edilib.

Keçidlər