Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “sosial şəbəkələrin gənclərin həyatında rolu” mövzusunda maarifləndirici seminar

13 noyabr 2019 | 16:00

13 noyabr 2019-cu il tarixdə Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə gəncləri internet jurnalistikası, bloqçuluq sahələrində və sosial şəbəkələrdən gənclərin səmərəli istifadəsi üçün bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə “sosial şəbəkələrin gənclərin həyatında rolu” mövzusunda maarifləndirici seminar keçirilmişdir.

Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal manafov çıxış edərək mövzu üzrə ətraflı məlumat verərək bildirib ki, müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafı özünün faydası ilə yanaşı, yeni təhlükələr də gətirir: "Bu təhlükələrdən biri də sosial şəbəkələrdir ki, gənclər və yeniyetmələr tərəfindən düzgün və səmərəli istifadə olunmadıqda böyük fəsadlara yol aça bilər. Çalışmaq lazımdır ki, sosial şəbəkələrdən düzgün və qaydalara uyğun şəkildə istifadə olunsun. Bunun üçün gənclərimizin bu sahədə maarifləndirilməsi ən prioritet məsələlərdəndir".

Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodisti Nurəddin Mirzəyev çıxış edərək bildirdi ki, belə tədbirlərin xüsusilə gənclərin vətənpərvərlik, dövlətçilik və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyəsi, habelə onların sosial şəbəkələrdən düzgün istifadə ilə asudə vaxtlarının səmərəli təşkili baxımından əhəmiyyətini vurğulayıb.

Sonda maraqla qarşılanan seminar çərçivəsində gənclərin bilavasitə qatıldıqları müzakirələrdə sosial şəbəkələrin müsbət və mənfi tərəfləri, habelə gənclərin asudə və qiymətli vaxtlarının daha çox “virtual dünya”ya sərf etməsinin real həyatdan uzaqlaşmağa gətirib çıxarmasının psixoloji fəsadları və milli genofonda doğurduğu təhlükələr barədə interaktiv diskussiyalar aparılıb.

Keçidlər