Şriftin ölçüsü :

Saytın rəngi :

Səfərbərlik rəisi Masallıda Masallı və Yardımlı rayon vətəndaşlarını qəbul edib

15 noyabr 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov noyabrın 15-də Masallıda  Yardımlı və Masallı rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirib.

Qəbuldan əvvəl Xidmət rəisi, general-leytenant Arzu Rəhimov və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Qəbul zamanı hər bir vətəndaşın müraciət və təklifi diqqətlə dinlənilib.

Xidmət rəisi tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, araşdırılmasına ehtiyac olan məsələlər qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi üçün qeydiyyata alınıb.

 

Keçidlər