Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı şəhər “Viləş” uşaq bağçasında bayram şənliyi

02 yanvar 2020 | 16:00

Masallı şəhərindəki “Viləş” uşaq bağçasında 31 dekabr - Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə bayram şənliyi keçirilib.
Tədbirdə tərbiyəçi-müəllimlər, valideynlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Qonaqlar balacalara can sağlığı, sevinc və heç zaman onların simalarından uşaq təbəssümünün əksik olmamasını arzulayıblar.
“Viləş” uşaq bağçasının müdiri Şəfa Allahverdiyeva qeyd edib ki, ulu öndərin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Biz bu qayğını respublikamızda, rayonumuzda tikilərək körpə balaların istifadəsinə verilən uşaq bağçalarından, məktəb binalarından aydın şəkildə görürük.
Tədbir nağıl əsasında qurulmuş maraqlı kompozisiyalarının nümayişi ilə davam etdirilib. Uşaqların nümayiş etdirdikləri nağıl qəhrəmanlarının personajları, şeirlər, mahnılar, mili və xarici rəqs nömrələri və səhnəciklər, maraqlı oyunlar tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.
Şaxta babanın və Qar qızın hədiyyələrlə şənliyə gəlməsi, uşaqların bayramını təbrik edərək hədiyyələr paylaması və onlarla birgə rəqs etməsi tədbirə rəng qatıb.

Keçidlər