Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “20 Yanvar – Təqviminin acı günü” mövzusunda “İnşa-yazı” müsabiqəsi

15 yanvar 2020 | 16:00

Masallıda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “20 Yanvar – Təqviminin acı günü” mövzusunda “İnşa-yazı” müsabiqəsi keçirilmişdir.

14-15 yanvar 2020-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində Masallı rayon tam orta və ümumi otra ümumtəhsil məktəbləriini IX-X-XI sinif şagirdləri arasında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “20 Yanvar – Təqviminin acı günü” mövzusunda “İnşa-yazı” müsabiqəsi keçirilmişdir.

Tədbirdə əvvəlcə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov tədbirdə çıxış edərək iştirakçıları salamlamış və bildirmişdir ki, müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərin səbəb və nəticələrini daha dərindən öyrənməsinə kömək göstərmək, onlarda belə hadisələrə düzgün rəy vermək bacarığını formalaşdırmaq, vətənpərvərlik hissini yüksəltmək, həmçinin, şagirdlərin yazı bacarıqlarını artırmaqdan ibarətdir.

Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodistləri Əkbər Balaşoğlu çixış edərək Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar faciəsi bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən biri olduğunu bildirmişlər.

Sonda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib:

İnşa-yazı müsabiqəsində

IX sinif şagirdləri arasında Masallı rayon Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin IX sinif şagirdi Məmmədli Jalə Ramin qızı birinci yerə, Masallı rayon “Dəfinə” məktəb liseyinin IX sinif şagirdi İsrafilova Tunarə Ağadədə qızı ikinci yerə, Masallı rayon 2 saylı Şıxlar kənd ümumi orta məktəbinin IX sinif şagirdi Məmmədova Sora Anar qızı üçüncü yerə layiq görülmüşlər.

X-XI sinif şagirdləri arasında Hüseynhacılı kənd tam orta məktəbin X sinif şafirdi Abdullayeva Məleykə Rakim qızı birinci yerə, Masallı rayon Qəriblər kənd tam orta məktəbinin XI sinif şagirdi Əmənov Təyyar Fərman oğlu ikinci yerə, F.Xancanov adına Musaküçə kənd tam orta məktəbinin XI sinif şagirdi Rzayv Əsbət Firdovsi oğlu üçüncü yerə layiq görülmüşdür.

Müsabiqədə qalib gəlmiş bütün şagirdlər Rayon Gənclər və İdman idarəsi tərəfindən diplomla təltif olunmuşlar.

Keçidlər