Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıd “İnşa-yazı” müsabiqəsi

06 fevral 2020 | 16:00

Masallıda “26 fevral – Xocalı Soyqırımı Günü”nün ildönümü ilə əlaqədar olaraq “İnşa-yazı” müsabiqəsi keçirilmişdir.

06 fevral 2020-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində “26 fevral – Xocalı Soyqırımı Günü”nün ildönümü ilə əlaqədar olaraq “İnşa-yazı” müsabiqəsi keçirilmişdir.

Tədbirdə əvvəlcə 26 fevral – Xocalı Soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Masallı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Oktay Mütəllimov tədbirdə çıxış edərək Xocalı faciəsi barədə ətraflı məlumat verdi və bu hadisənin XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri olduğunu diqqətə çatdıraraq vurğulamışdır ki, gənclərimiz qan yaddaşımız olan Xocalı faciəsini unutmamalı, soyqırımı faktının dünya ictimaiyyətinə çatdırılması üçün çalışmalı, ölkəmizin ərazi bütövlüyünü hər zaman müdafiə etməyə hazır olmalıdırlar.

Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodisti Əkbər Balaşoğlu çıxış edərək müsabiqənin məqsədi Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, gənc nəsildə Vətənə sevgi hisslərinin aşılanması, Azərbaycan tarixinin təbliğ edilməsi, məktəblilərin dünyagörüşünün genişləndirilməsi, istedadlı şagirdlərin üzə çıxarılmasından ibarət olduğunu bildirmişdir.

Sonda münsiflər heyyəti tərəfindən qaliblər müəyyən edilib:

IX sinif şagirdləri arasında: Ərkivan qəsəbə 5 nömrəli ümumi orta məktəbin IX sinif şagirdi Əzimova Günay Vahid qızı birinci yerə, C.Cabbarlı adına Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Məmmədli Jalə Ramin qızı ikinci yerə, Ə.İbadov adına Tüklə kənd tam orta məktəbin IX sinif şagirdi Şabanova Fatimə Fəzail qızı üçüncü yerə layiq görülmüşlər. Fərqləndiyinə görə isə Bədəlan kənd tam orta məktəbin IX sinif şagirdi Şahbazzadə İlqarə Mahir qızı diplomla mükafatlandırıldı .

X-XI sinif şagirdləri arasında: N.Aslanov adına Miyənkü kənd tam orta məktəbin X sinif şagirdi Bağışova Şəlalə Məmmədrza qızı birinci yerə, Hüseynhacılı kənd tam orta məktəbin X sinif şagirdi Abdullayeva Məleykə Rakim qızı ikinci yerə, E.Əhədov adına Təzə Alvadı 1 nömrəli tam orta məktəbinin X sinif şagirdi Həbişzadə Səma Pərviz qızı üçüncü yerə layiq görülmüşlər. Fərqləndiyinə görə isə F.Xancanov adına Musaküçə kənd tam orta məktəbinin XI sinif şagirdi Qurbanzadə Fidan Elxan qızı diplomla mükafatlandırıldı

Müsabiqədə qalib gəlmiş bütün şagirdlər Rayon Gənclər və İdman idarəsi tərəfindən diplomlarla təltif olunmuşlar

Keçidlər