Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Ümummilli Lider Heydər Əliyevin 91-ci ildönümünə həsr olunmuş Tir-atıcılığı üzrə tayon turnirinə yekun vuruldu

16 aprel 2014 | 15:00

04-15 aprel 2014-cü il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Mərkəzində Ümummilli Lider Heydər Əliyevun 91-ci ildönümünə həsr olunmuş Tir-Atıcılığı üzrə Rayon trurniri keçirilmişdir.

Yarışın yekun turunun açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək iştrakçıları salamlamış və bu oyununun keçirilməsində məqsədin yeniyetmələrlə aparılan hərbi vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, orta məktəb şagirdlərinin vətənə məhəbbət,milli mənəvi dəyətlərə hörmət hissinin gücləndirilməsi onların ordu sıralarına xidmətə hazırlığını  təmin etməkdən ibarət olduğunu bildirdi.

04 aprel 2014-cü il tarixdən davam edən yarış 5 qrup üzrə keçirilmişdir. Yarışda ümumilikdə 63 məktəbın komandası iştrak etmişdir.

63 məktəb komandasının iştrak etdiyi  5 qrup üzrə hər qrupda 12 məktəb olmaqla 3 yarımqrupda mübarizə aparmışlar.

Keçirilən yarışda bütün oyunları müvəffəqiyyətlə başa vuran F.Şükürov adına Lürən kənd tam orta məktəbinin komandası, Güllütəpə kənd tam orta məktəbin komandası, Boradigah 2 saylı tam orta məktəbin komandası və Ərkivan 2 saylı tam orta məktəbin komandası final mərhələsində mübarizə aparmışlar. Sonda F.Şükürov adına Lürən kənd tam orta məktəbinin komandası I yerə, Boradigah 2 saylı tam orta məktəbin komandası II yerə, Ərkivan 2 saylı tam orta məktəbin komandas III yerə layiq görülmüşlər Xüsusi fərqləndiyinə görə isə Güllütəpə kənd tam orta məktəbin komandası Diplomla təltif edilmişdir.

Qalib gəlmiş komanda üzvləri Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom medal və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Keçidlər