Şriftin ölçüsü :

Saytın rəngi :

Cüdo idman növü üzrə rayon birinciliyi

23 aprel 2014 | 15:00

21-22 Aprel  2014-cü il tarixdə Şəhər 2 saylı tam orta məktəbin idman zalında Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş yeniyetmə və gənclər arasında Cüdo idman növü üzrə rayon birinciliyi keçirilmişdir.

   11 çəki dərəcəsində 68 nəfər yeniyetmə və gəncin  iştrakı ilə keçirilən yarış olduqca gərgin və maraqlı mübarizə şəraitində keçirilmişdir. Yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfində diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Keçidlər