Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Masallı rayon təşkilatı konfrans keçirdi

15 may 2020 | 16:00

14 may 2020-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında ərazi ilk partiya təşkilat sədrlərinin iştirakı ilə onlayn videokonfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq 02 may 2020-ci il tarixdə Yeni Azərbaycan Partiyasının sədr müavini, İcra katibi cənab Əli Əhmədovun rayon və şəhər təşkilat sədrləri ilə keçirdiyi onlayn videokonfransda təşkilatlara verilən tapşırıqlar və tövsiyyələri ilk təşkilat sədrlərinin diqqətinə çatdırdı.
S.Əliyev koronavirus (covid-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkəmizdə, eləcədə rayonumuzda həyata keçirilən bütün zəruri tədbirlərin görüldüyünü və bu gün də davam etdirildiyini, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə atılan addımların öz töhvəsini verdiyini, Masallı rayon İcra hakimiyyətinin başçısı cənab Şahin Məmmədovun pandemiyaya qarşı mübarizə ilə bağlı verdiyi tapşırıqların uğurla icra edildiyini konfrans iştirakçılarına çatdırdı.
Sonda təşkilatın Qadınlar Şurasının sədri Gülşən Xəlilova və Gənclər Birliyinin sədri Bəxtim Qarayev konfransda iştirak edən qadınlar və gənclərlə öz fikirlərini bölüşmüşlər.

Keçidlər