Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda vətəndaşların onlayn qəbulu davam edir

20 may 2020 | 16:00

20 may 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların növbəti onlayn qəbulunu keçirdi.

  Onlayn qəbulda Milli Məclisin üzvü Məşhur Məmmədov, Masallı rayonunun aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri  iştirak edirdi.
  İlk öncə Sərçuvar kənd sakini, Milli Qəhrəman Səfəralı Məmmədovun anası Məmmədova Şahdəstə Majan qızının müraciəti dinlənildi. Vətəndaş ona məxsus əmlakın ailə təsərrüfatı kimi qeydə alınmasında köməklik göstərilməsini xahiş etdi. RİH başçısı aidiyyatı qurum rəhbərlərinə məsələnin qanunamüvafiq qaydada həll edilməsi üçün tapşırıqlar verdi.  
Sonra Masallı şəhər sakinləri Əzizov Cəfər Əlihəsən oğlu küçənin asfaltlanması, Babayeva Günel Sənan qızı isə həyətyanı torpaqla təmin edilməsi barədə müraciətlərini səsləndirdilər. C.Əzizova küçənin 450 metr məsafədə asfaltlanacağı bildirildi, G.Babayevanın müraciətinin araşdırılması isə müvafiq təşkilat rəhbərlərinə tapşırıldı.
Sığdaş kənd sakini Əliyev Şirxan Meybulla oğlunun əlillik dərəcəsi ala bilməməsi, Ərkivan qəsəbə sakinləri Cəfərov Cəsarət Ayaz oğlunun payıbəlli torpaq sahəsi, Şəkərova Aynur Maarif qızının evinə qaz xəttinin çəkilməsi, Güllütəpə kənd sakini Əbilova Məhluqə Yavər qızının maddi yardım və həyat yoldaşının işlə təmin olunması və s. ilə əlaqədar müraciətləri dinlənildi.
Vətəndaşların müraciətlərini dinləyən rayon rəhbəri onların problemlərinin, təkliflərinin İcra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün müvafiq göstərişlər verdi.

Keçidlər